Hesablama Palatasının fəaliyyətinin normativ, hüquqi və metodiki təminatı
Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsinin 6.1-ci maddəsinə uyğun olaraq Hesablama Palatasının fəaliyyətinin normativ, hüquqi və metodiki təminatı işlərinə Hesablama Palatası Sədrinin müavini rəhbərlik edir.
Hesablama Palatası metodiki göstərişlərini, təlimatlarını, audit standartlarını, hesabat və məlumat formalarını, habelə digər normativ-metodiki sənədlərini INTOSAI (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) tərəfindən qəbul edilmiş standartlara uyğun olaraq hazırlayır.
Hesablama Palatasının normativ-metodiki sənədləri Hesablama Palatasının İclasının qərarı ilə təsdiq olunduqdan sonra qüvvəyə minir.
Hesablama Palatasının normativ-metodiki sənədləri ilə tənzimlənməyən cari məsələlərin həlli qaydaları Hesablama Palatası Sədrinin əmr və sərəncamları ilə müəyyən olunur.
Azərbaycan Respublikası Hesablama Palatasının İclaslarında təsdiq edilmiş normativ-metodiki sənədlər:
1. Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətinin normativ-metodoloji təminatının təşkili Qaydaları.
2. Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətinin planlaşdırılması üzrə Müvəqqəti Metodiki göstərişlər.
3. Azərbaycan Respublikası Hesablama Palatasının İclaslarının hazırlanması, keçirilməsi və qərarların qəbul edilməsi Qaydaları.
4. Hesablama Palatasında kargüzarlığın aparılması Qaydaları.
5. Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən auditin keçirilməsi Qaydası.
6. Azərbaycan Respublikası Hesablama Palatasına daxil olan ərizələrə, müraciətlərə və məlumatlara baxılması Qaydaları.
7. Azərbaycan Respublikası Hesablama Palatasına daxil olan sorğulara, təkliflərə və tapşırıqlara baxılması Qaydaları.
8. Azərbaycan Respublikası Hesablama Palatasının funksiyalarının həyata keçirilməsi ilə əlaqədar dövlət hakimiyyəti orqanlarının nümayəndələrinin, auditor təşkilatlarının, müstəqil auditorların, ekspertlərin və ayrı-ayrı mütəxəssislərin cəlb edilməsi Qaydaları.
9. Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri və işçilərinin Etik Qaydaları.
10. Azərbaycan Respublikası Hesablama Palatasında vətəndaşların qəbulu işinin təşkili Qaydaları.
11. Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyəti barədə məlumatların hazırlanması və kütləvi informasiya vasitələrində yayılması Qaydaları.
|