AZE

ENG

RUS

                      

 03.09.2007 Azərbaycan Respublikasının Hesablama Palatası ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi arasında qarşılıqlı əməkdaşlıq qaydaları barədə Razılaşma Memorandumu imzalanmışdır...ətraflı

 29.05.2007 Azərbaycan Respublikası Hesablama Palatasının sədri cənab Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti 2007-cı il may ayının 28-dən 31-dək Türkiyə Cumhuriyyəti Sayıştay Başkanlığının (ali maliyyə nəzarəti orqanı) yaradılmasının 145 illik yubileyində iştirak etmək üçün Ankaraya yola düşmüşdür...ətraflı

 23.04.2007 EUROSAI-nin (Ali Audit Qurumlarının Avropa Təşkilatı) Ətraf Mühitin mühafizəsinin auditi üzrə Işçi Qrupunun Koordinatoru cənab Zbiqnev Vesolovskinin başçılıq etdiyi nümayəndə heyəti Hesablama Palatasının dəvəti ilə aprel ayının 20-dən Bakıda səfərdədir...ətraflı

 19.04.2007 Aprel ayının 13-də Hesablama Palatasının İclasında “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətində və Naxçıvan Muxtar Respublikası Elmi-Tədqiqat Baytarlıq Stansiyasında aparılmış nəzarət tədbirlərinin nəticələri müzakirə olunmuşdur. Auditor C.Həsənov tərəfindən hazırlanmış “Analitik prosedurlar” audit standartı da Iclasın müzakirəsinə təqdim edilmişdir...ətraflı

 18.04.2007 Milli Məclisdə Hesablama Palatasının rəhbərliyində dəyişiklik edilməsi məsələsinə baxılmışdır...ətraflı

 17.04.2007 Cari ilin aprel ayının 17-də Azərbaycan Respublikasının Milli Məclisində “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və Hesablama Palatasının Daxili Nizamnaməsinin 25-ci maddəsinə uyğun olaraq hazırlanmış Hesablama Palatasının 2006-cı ildə fəaliyyəti haqqında Hesabatı müzakirə edilərək təsdiq olunmuşdur...ətraflı

 09.04.2007 2007-ci il aprel ayının 6-da Hesablama Palatasının Sədr əvəzi A.Allahverdiyevin sədrliyi ilə keçirilən İclasda Hesablama Palatasının 2006-cı ildə fəaliyyəti haqqında Hesabatı müzakirə olunaraq təsdiq olunmuşdur...ətraflı

 29.03.2007 Auditor C. Həsənovun başçılıq etdiyi Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti cari ilin mart ayının 15-17-də Kiyev şəhərində keçirilən ekoloji audit sahəsində EVROSAI-nın (Ali Maliyyə Nəzarəti Qurumlarının Avropa təşkilatı) təbiət, texnogen qəzalar və radioaktiv tullantıların nəticələrinin aradan qaldırılmasının auditi üzrə xüsusi qrupun birinci Iclasının işində iştirak etmişdir...ətraflı

 16.03.2007 12 mart 2007-ci il tarixdə Aktau şəhərində Qazaxıstan Respublikası büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin sədri Omarxan Oksikbayevin, Rusiya Federasiyası Hesablama Palatasının sədri Sergey Stepaşinin və Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini Abbas Allahverdiyevin sədrlikləri ilə Azərbaycan, Rusiya və Qazaxıstanın ali maliyyə nəzarəti orqanları rəhbərlərinin birgə iclası keçirilmişdir...ətraflı

 12.03.2007 Hesablama Palatasının cari il mart ayının 9-da keçirilmiş Iclasında bir sıra təşkilatlarda aparılacaq maliyyə nəzarəti tədbirlərinin Proqramları təsdiq edilmişdir...ətraflı

 12.03.2007 Auditor C.Həsənovun başçılıq etdiyi Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti cari il martın 15-17-də Kiyev şəhərində keçirilən ekoloji audit sahəsində EVROSAI-nin (Ali Maliyyə Nəzarəti Qurumlarının Avropa təşkilatı) təbiət, texnogen qəzalar və radioaktiv tullantıların nəticələrinin aradan qaldırılmasının auditi üzrə xüsusi altqrupun birinci Iclasının işində iştirak edəcək...ətraflı

 06.03.2007 Azərbaycan Respublikası Hesablama Palatasının Sədr müavini A.Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Hesablama Palatası, Qazaxıstan Respublikası büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsi və Rusiya Federasiyasının Hesablama Palatası rəhbərlərinin birgə iclasında iştirak edəcəkdir. Iclasda Xəzər dənizinin bioloji resurslarından, habelə nərə balıqlarının mühafizəsi, qorunması, bərpası və rasional istifadəsinə yönəldilmiş vəsaitlərdən səmərəli istifadənin paralel yoxlanılmasının yekunları müzakirə olunacaqdır...ətraflı

 27.02.2007 Azərbaycan Respublikası Hesablama Palatasının auditoru N.Həsənovun başçılıq etdiyi nümayəndə heyəti “Maliyyə nəzarəti və yeni informasiya texnologiyaları” mövzusunda II Beynəlxalq elmi-təcrübi konfransın işində iştirak etmişdir...ətraflı

 19.02.2007 Azərbaycan Respublikası Hesablama Palatasının Iclasında “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyətinə 2005-ci ildə və 2006-cı ilin 01 iyul tarixinədək Dövlət Büdcəsi xərclərinin funksional təsnifatının “Sənaye və Tikinti xərcləri” bölməsindən ayrılan vəsaitlərin və Sumqayıt şəhərində gücü 506 MVT olan Buxar-qaz qurğusunun tikintisinə Azərbaycan tərəfindən ayrılan payın istifadəsi üzrə aparılan auditin nəticələrinə dair hesabat müzakirə edilmişdir...ətraflı

 16.02.2007 Azərbaycan Respublikası Hesablama Palatasının 2006-cı il uzrə Iş Planına əsasən “Elmin İnkişafı Proqramı” çərçivəsində Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fizika İnstitutunda dövlət maliyyə nəzarəti tədbiri (audit) keçirilmişdir...ətraflı

 01.02.2007 Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Milli Audit Ofisi (NAO) “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi”nin (KDSHL) həyata keçirilməsi üçün Yaponiya Hökumətinin “Siyasət və Insan Resurslarının Inkişaf etdirilməsinə dair” ayırdığı Qrant üzrə Maliyyə Nazirliyinin keçirdiyi tenderin qaliblərindən biri olmuşdur...ətraflı

 26.01.2007 “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və 14-cü maddələrində qeyd olunan qanunçuluq, obyektivlik, kollegiallıq, aşkarlıq və ədalətlilik prinsiplərinə əsaslanan fəaliyyətinin təmin edilməsi məqsədi ilə Palatanın 28.12.2006-cı il tarixli Iclasında İş Planı təsdiq edilmişdir...ətraflı

 25.01.2007 Azərbaycan Respublikası Hesablama Palatasının 2006-cı il üzrə Iş planına əsasən Təhsilin inkişafı proqramlarının icrası səviyyəsinin qiymətləndirilməsi üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinə 2004-2005-ci illər və 2006-cı ilin 9 ayı ərzində ayrılan dövlət vəsaitlərinin icrası üzrə nəzarət tədbiri keçirilmişdir...ətraflı

 24.01.2007 Hesablama Palatasının 23 yanvar 2007-ci ildə keçirilən iclasında Auditor Cəfər Həsənov tərəfindən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində 2004-2005-ci illərdə Dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Sənaye və Tikinti xərcləri” bölməsindən investisiya xərclərinə yönəldilən vəsaitlərin istifadəsi ilə əlaqədar keçirilən auditin nəticələrinə dair hesabat müzakirə olunmuş, müvafiq qərar qəbul olunmuşdur...ətraflı

 21.01.2007 Hesablama Palatasının 2007-ci il yanvar ayının 18-də keçirilən İclasında 2004-2005-ci illərdə Dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Balıqçılıq sahəsinin xərcləri” köməkçi bölməsi üzrə ayrılan vəsaitlərin istifadə olunması üzrə auditin nəticələrinə dair Auditor Cəfər Həsənov tərəfindən təqdim olunan hesabat və rəy müzakirə edilmişdir...ətraflı

 19.01.2007 Azərbaycan Respublikası Hesablama Palatasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Hesablama Palatasının sədri N.Nəsrullayev Azərbaycan tarixinin ən faciəli günləri barədə öz xatirələrini danışmışdır. O, qeyd etmişdir ki, bu qara yanvar günlərində xalq öz varlıgını bir daha təsdiq etdi, öz müstəqilliyi yolunda nələrə qadir olduğunu göstərdi...ətraflı

 18.01.2007 Azərbaycan Respublikası Hesablama Palatasının 2006-cı il üzrə iş planına əsasən Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətində Televiziya və Radio Verilişlərinə ayrılan dövlət vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi keçirilmişdir...ətraflı

 11.12.2006 A30 noyabr - 03 dekabr 2006-cı il tarixində Tunis Respublikasının Tunis şəhərində “Özəlləşdirmə və dövlət xidmətlərinin idarə olunmasına onun təsiri” mövzusunda 1-ci EUROSAI-ARABOSAI toplantısı keçirildi. Azərbaycan Respublikasının Hesablama Palatasını toplantıda Sədrin müavini cənab Abbas Allahverdiyevin rəhbərlik etdiyi və Aparatın rəhbəri cənab Rasim Həsənovun və Icmal-analitik nəzarət şöbəsinin böyük məsləhətçisi Sənan Ağakişiyevin daxil olduğu nümayəndə heyəti təmsil edirdi...ətraflı

 04.12.2006 Azərbaycan Respublikasının Hesablama Palatası Avropa Audit Məhkəməsinin “Təbiət – 2000” proqramına həsr olunmuş 4-cü iclasında iştirak etmişdir...ətraflı

 27.11.2006 26-27 oktyabr 2006-cı il tarixində EUROSAİ-nin sədri, Almaniyanın ali audit qurumunun (bundan sonra “AAQ”) rəhbəri cənab Dieter Engelsin dəvəti ilə Almaniyanın Berlin şəhərində “Büdcə islahatları üzrə yanaşmalar – XXI əsrdə dövlət sektorunda auditin qarşısında qoyulan tələblər” mövzusunda keçirilən seminarda Azərbaycan Respublikasının Hesablama Palatasını İcmal-analitik nəzarət şöbəsinin müdiri Azim Abasov təmsil edirdi. Seminara 27 ölkədən və Avropa Audit Məhkəməsindən 50 nümayəndə qatılmışdı...ətraflı

 20.11.2006 2006-cı il noyabrın 3-də Azərbaycan Respublikası Hesablama Palatasının İclasında “Azərbaycan Respublikasının 2007-ci il Dövlət Büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyi müzakirə olunaraq təsdiq edilmişdir...ətraflı

 23.10.2006 Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti, başda Palatanın Sədri Namiq Nəsrullayev olmaqla, cari il oktyabr ayının 19-20-də Qırğızıstan Respublikası Hesablama Palatasının 10 illiyinə həsr olunmuş “Korrupsiya və cinayət yolu ilə əldə olunmuş gəlirlərin yuyulması ilə mübarizədə ali maliyyə nəzarəti orqanlarının rolu” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir...ətraflı

 11.10.2006 2006-ci il oktyabr ayının 6-da Hesablama Palatasının iclasında “2006-cı ilin birinci yarımilliyində Azərbaycan Respublikasının gəlir və xərclərinin icrası haqqında Azərbaycan Respublikası Hesablama Palatasının Məlumatı” müzakirə olunaraq təsdiq edilmişdir. Qərar barədə məlumat Azərbaycan Respublikası Milli Məclisinə təqdim ediləcəkdir...ətraflı

 25.09.2006 Cari ilin 19-20 sentyabr tarixində Kiyev şəhərində Ukrayna Hesablama Palatasının 10 illiyinə həsr olunmuş “ Korrupsiya və fırıldaqçılığa qarşı mübarizədə ali maliyyə nəzarəti orqanlarının rolu” mövzusunda EUROSAI-ın beynəlxalq konfransı keçirilmişdir...ətraflı

 22.09.2006 10-16 sentyabr 2006-cı il tarixində Çin Xalq Respublikasının Şanxay şəhərində Ali Audit Qurumlarının Asiya Təşkilatının (ASOSAI) X Assambleyası və III Simpoziumu keçirilmişdir...ətraflı

 08.09.2006 Bildirildiyi kimi, cari ilin 5-6 sentyabr tarixində Minsk şəhərində MDB iştirakçıları olan dövlətlərinin Ali Maliyyə Nəzarəti Orqanları rəhbərlərinin Şurasının VII sessiyası keçirilmişdir...ətraflı

 02.09.2006 Cari ilin 5 sentyabr tarixində Minsk şəhərində MDB iştirakçıları olan dövlətlərinin Ali Maliyyə Nəzarəti Orqanları (AMNO) rəhbərlərinin Şurasının VII sessiyası öz işinə başlayır...ətraflı

 18.07.2006 Hesablama Palatasının İclasında 2003-2005-ci illərdə və 2006-cı ilin cari dövründə Xətai bələdiyyəsinə dövlət büdcəsindən verilmiş dotasiyaların və yerli vergi və ödənişlərdən daxil olan vəsaitlərin icrasının və xərclərin düzgünlüyünün auditinin nəticələrinə dair auditor N.Həsənovun hesabatı müzakirə olunmuşdur...ətraflı

 15.07.2006 Hesablama Palatasının 14 iyul 2006-cı il tarixli İclasında 2003-2005-ci illərdə və 2006-cı ilin cari dövründə Hüquqi şəxslərdə dövlət gəlirlərinin hesablanması və ödənilməsinin audit Proqramı təsdiq edilmişdir...ətraflı

 14.07.2006 Hesablama Palatasının 7 iyul 2006-cı il tarixli İclasında 2005-2006-cı ilin 1 iyul tarixinə qədər Dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Sənaye və Tikinti xərcləri” bölməsindən “Azərenerji” ASC-nə ayrılan vəsaitlərin və Sumqayıt şəhərində gücü 500 meqavatt olan buxar-qaz qurğusunun tikinti layihəsində Azərbaycan tərəfinin payının audit Proqramı təsdiq edilmişdir...ətraflı

 13.07.2006 Xəbər verdiyimiz kimi, 2006-cı il iyul ayının 10-dan 12-dək Qazaxıstanın respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin Sədri cənab Omarxan Oksikbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdə olmuşdur. Səfər Hesablama Komitəsi və Azərbaycan Respublikasının Hesablama Palatası arasında ikitərəfli əməkdaşlığın möhkəçmləndirilməsi və inkişafı məqsədini daşıyırdı...ətraflı

 06.07.2006 Azərbaycan Respublikası Hesablama Palatasının dəvəti ilə 2006-cı il iyul ayının 10-dan 12-dək Qazaxıstanın respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin sədri O.N.Oksikbayevin rəhbərlik etdiyi Qazaxıstan Respublikası Hesablama Komitəsinin nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır...ətraflı

 02.06.2006 Rusiya Federasiyası Hesablama Palatası, Azərbaycan Respublikası Hesablama Palatası Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələlərinə dair Hökumətlərarası razılaşmanın realizasiyasının təhlili üzrə paralel nəzarət-analitik yoxlamaların keçirilməsi barədə qərar qəbul etmişlər...ətraflı

 01.06.2006 Rusiya Federasiyası Hesablama Palatası, Azərbaycan Respublikası Hesablama Palatası və Respublika Büdcəsinə Nəzarət üzrə Qazaxıstan Respublikasının Hesablama Komitəsi Xəzər dənizi hövzəsinin bioloji resurslarından istifadənin səmərəliliyi, habelə nərə balıqlarının mühafizəsi, qorunması, bərpası və rasional istifadəsi üzrə paralel yoxlamaların keçirilməsi barədə qərar qəbul etmişlər...ətraflı

 18.05.2006 Azərbaycan Hesablama Palatasının İclasında Dövlət büdcəsinin "Təhsil xərcləri" bölməsi üzrə mərkəzləşdirilmiş xərclərdən Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən Lənkəran Dövlət Universitetinə ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunmasının auditinin nəticələrinə dair auditor N.Həsənovun hesabatı müzakirə olunmuşdur...ətraflı

 06.05.2006 2006-cı il may ayının 3-6-da Ukrayna Hesablama Palatasının Sədri cənab Valentin Simonenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdə olmuşdur. Səfər Ukrayna və Azərbaycan Respublikası Hesablama Palataları arasında əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədini daşıyırdı...ətraflı

 30.04.2006 Xəbər verdiyimiz kimi, cari ilin aprel ayının 26-28 terixlərində Ankara şəhərində Iqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin ali audit orqanlarının Qurumunun (ECOSAI) Idarə Heyətinin 11-ci toplantısı keçirilmişdir...ətraflı

 28.04.2006 Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti 2006-cı il aprelin 20-21-də Astanada Qazağıstan Respublikasının dövlət büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin 10 illiyinə həsr olunmuş "Dövlət maliyyə ehtiyatlarının idarəedilməsində şəffaflığın və səmərəliliyin təmin olunmasında ali maliyyə nəzarəti orqanlarının rolu" mövzusunda beynəlxalq elmi-praktik konfransın işində iştirak etmişdir...ətraflı

 19.04.2006 Cari ilin aprel ayının 26-28-də Ankara şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin ali audit orqanlarının Qurumunun (ECOSAİ) İdarə Heyətinin 11-ci toplantısı keçiriləcəkdir...ətraflı

 18.04.2006 Azərbaycan Respublikası Hesablama Palatasının Sədri Namiq Nəsrullayevin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikası Hesablama Komitəsinin 10 illik yubileyinə həsr olunmuş “Dövlət maliyyə resurslarının səmərəli və şəffaf idarə edilməsinin təminatında ali maliyyə nəzarəti orqanların rolu” mövzusunda beynəlxalq elmi-praktik konfransın işində iştirak edəcəkdir...ətraflı

 10.04.2006 Cari il aprel ayının 4-dən 8-dək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müfəttişi və Baş Auditoru ser Con Bornun rəhbərlik etdiyi Milli Audit Ofisinin (MAO) nümayəndə heyəti Azərbaycan Respublikası Hesablama Palatasının dəvəti ilə Bakıda rəsmi səfərdə olmuşdur...ətraflı

 29.03.2006 Hesablama Palatasının 29 mart 2006-cı il tarixli İclasında 2004-2005-ci illərdə və 2006-cı ilin cari dövründə Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı ayrılan vəsaitlərin istifadəsinin audit Proqramrı təsdiq edilmişdir...ətraflı

 27.03.2006 Cari il aprel ayının 4-dən 8-dək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müfəttişi və Baş Auditoru ser Con Bornun rəhbərlik etdiyi Milli Audit Ofisinin nümayəndə heyəti Azərbaycan Respublikası Hesablama Palatasının dəvəti ilə Bakıda rəsmi səfərdə olacaqdır...ətraflı

 24.03.2006 Hesablama Palatasının İclasında Azərbaycan Respublikası Dövlət Dəmir Yolunun Daşınma Prosesləri İdarəetmə Birliyinin "Keşlə Yükdaşıma Stansiyası" üzrə dövlət gəlirlərinin audit, habelə Azərbaycan Respublikası Dövlət Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində dövlət gəlirlərin hesablanması ödənilməsinin audit Proqramları təsdiq edilmişdir...ətraflı

 11.03.2006 Əvvəlcədən xəbər verildiyi kimi, 2006-cı il mart ayının 5-dən 7-dək Dövlət Auditor Bürosunun (DAB) dəvəti ilə N.Nəsrullayevin başçılıq etdiyi Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti Küveytdə olmuşdur...ətraflı

 10.03.2006 2006-cı il mart ayının 5-dən 7-dək Küveyt Dövlət Auditor Bürosunun (KDAB) Prezidenti cənab Barrak Əl-Mərzuqun dəvəti ilə N.Nəsrullayevin başçılıq etdiyi Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti Küveytdə olmuşdur...ətraflı

 28.02.2006 Məlumat verdiyimiz kimi, 2006-cı il fevralın 6-dan 24-dək Bakıda IDI/EVROSAI-nin (Ali Audit Orqanlarının Avropa iəşkilatı) təlimatçılar üçün Dövlət borclarının auditi mövzusunda seminarı keçirilmişdir...ətraflı

 27.02.2006 IDI / EVROSAI-nin (Ali Audit Orqanlarının Avropa Təşkilatı) Dövlət borclarının auditi mövzusunda fevral ayının 6-dan 24-dək təlimatçılar üçün Bakıda keçirilən seminarı öz işini başa çatdırmışdır...ətraflı

 23.02.2006 Azərbaycan Respublikası Hesablama Palatasının 17 fevral 2006-cı il tarixli İclasının qərarı ilə Hesablama Palatasının 2006-cı il üçün İş Planı təsdiq edilmişdir...ətraflı

 29.12.2005 Azərbaycan Respublikası Hesablama Palatası Palata haqqında Qanunun icrası kimi 2005-ci ilin 9 ayında Azərbaycan Respublikasının Dövlət büdcəsinin gəlir və xərclərinin icrasının analitik təhlili əsasında məlumat hazırlanmışdır...ətraflı

 29.12.2005 Xəbər verildiyi kimi, 2005-ci ilin dekabrından Hesablama Palatasının Aparatının yeni təşkilati-idarəetmə strukturu qüvvəyə minmiş, müvafiq şöbələr və digər struktur bölmələri formalaşdırılmışdır...ətraflı

 23.11.2005 2005-ci il noyabrın 19-da Almatıda (Qazaxıstan) IDI/ASOSAI-nin Mərkəzi Asiya, Azərbaycan və Monqolustanın Ali Maliyyə Nəzarəti Orqanlarının rəhbərləri üçün təşkil etdiyi seminar öz işini başa çatdırmışdır (17 noyabr tarixli "Yeniliklər"də)...ətraflı

 17.11.2005 17 noyabr 2005-ci il tarixdə Almatı şəhərində (Qazaxıstan) Asiya İnkişaf Bankı və Yaponiya hökumətinin yardımı ilə ASOSAI (Ali Auditor İnstitutlarının Asiya Təşkilatı) tərəfindən təşkil edilmiş INTOSAI (Ali Auditor İnstitutları Beynəlxalq Təşkilatı) İnkişaf Təşkilatının IDI fokus qrupunun seminarı öz işinə başlamışdır...ətraflı

 14.11.2005 Cari il noyabr ayının 11-də Hesablama Palatasının İclasında Dövlət zəmanəti ilə alınmış kreditlər hesabına həyata keçirilmiş "Azərbaycan Qaz sisteminin reabilitasiyası" layihəsi üzrə Maliyyə Nazirliyi ilə birgə aparılmış auditin (cari təftişin) nəticələrinə dair auditor Adil Məhərrəmov tərəfindən təqdim olunan hesabat və rəy müzakirə edilmişdir. Auditin (cari təftişin) aparılmasının məqsədi layihə çərçivəsində Beynəlxalq İnkişaf Assosiasiyasından cəlb edilmiş kredit vəsaitlərinin və Azərbaycan tərəfinin iştirak payının məqsədyönlü və təyinatı üzrə istifadəsini müəyyənləşdirmək olmuşdur...ətraflı

 14.11.2005 Rusiya Federasiyası Hesablama Palatasının Sədri S.V.Steraşin Azərbaycan Respublikası Hesablama Palatasının Sədri Namiq Nəsrullayevə Parlament seçkilərinin müvəffəqiyyətlə başa çatması münasibəti ilə təbrik məktubu göndərmişdir...ətraflı

 17.10.2005 2005-ci il oktyabr ayının 25-28-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müfəttişi və Baş Auditoru ser Con Bornun rəhbərlik etdiyi Milli Audit Ofisinin nümayəndə heyəti Azərbaycan Respublikası Hesablama Palatasının dəvəti ilə Bakıda rəsmi səfərdə olacaqdır...ətraflı

 03.10.2005 Sentyabrın 30-da Hesablama Palatasının ümumi yığıncağı keçirilmişdir. Palatanın Sədri Namiq Nəsrullayev kollektiv qarşısında çıxış edərək Palatanın yaranmasından keçən 4 ilə yaxın müddət ərzində görülən işlərdən, problemlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Palatanın sədri Palatanın strukturunun təkmilləşdirilməsi zərurətinin yarandığını qeyd etmiş, bu istiqamətdə nəzərdə tutulan islahatlar konsepsiyası barədə məlumat vermişdir...ətraflı

 03.10.2005 Hesablama Palatasında 2006-cı ilin Dövlət Büdcəsi layihəsi və müşayiətedici sənədlər toplusunun ekspertizası aparılır. Yaxın günlərdə "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq hazırlanmış Hesablama Palatasının rəyi Milli Məclisə təqdim ediləcəkdir.

 30.09.2005 Cari il sentyabr ayının 29-da Azərbaycan Respublikası Hesablama Palatasının İclasında 2004-cü il Dövlət büdcəsi xərclərinin funksional təsnifatının "Mədəniyyət və incəsənət fəaliyyətin xərcləri" köməkçi bölməsindən Lənkəran, Lerik, Masallı, Astara və Yardımlı rayonlarının Mədəniyyət şöbələrinə ayrılan vəsaitlərin icrası üzrə aparılan auditin nəticəsinə dair auditor Cəfər Həsənov tərəfindən təqdim olunan hesabat müzakirə edilmişdir...ətraflı

 21.09.2005 Xəbər verildiyi kimi sentyabr ayının 12-14-də Kişinyovda (Moldova Respublikası) 2000-ci ildə dövlət (kənar) auditi sahəsində əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi məqsədi ilə yaradılmış MDB iştirakçısı olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının (AMNO) rəhbərləri Şurasının VI sessiyası keçirilmişdir...ətraflı

 20.09.2005 Cari il sentyabr ayının 12-14-də Kişinyovda (Moldova Respublikası) 2000-ci ildə dövlət kənar (ali) auditi sahəsində əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi məqsədi ilə yaradılmış MDB iştirakçısı olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının (AMNO) rəhbərləri Şurasının VI sessiyası keçirilmişdir...ətraflı

 19.07.2005 Cari il iyun ayının 19-da Azərbaycan Respublikası Hesablama Palatasının İclasında Dövlət Büdcəsinin "Təhsil bölməsi" bölməsi üzrə Azərbaycan Müəllimlər İnstitutuna ayrılan büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadəsi ilə bağlı aparılan auditin nəticələrinə dair auditor N.Həsənovun təqdim etdiyi hesabat müzakirə olunmuşdur...ətraflı

 16.07.2005 Azərbaycan Respublikası Hesablama Palatasının İclasında Dövlət Büdcəsinin "Təhsil bölməsi" bölməsi üzrə yerli xərclərdən Uşaq evlərinə ayrılan büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadəsi ilə bağlı aparılan auditin nəticələrinə dair auditor N.Həsənovun təqdim etdiyi hesabat müzakirə olunmuşdur...ətraflı

 16.07.2005 Azərbaycan Respublikası Hesablama Palatasının İclasında Dövlət Büdcəsinin "Təhsil bölməsi" bölməsi üzrə yerli xərclərdən peşə məktəbləri və peşə liseylərinə ayrılan büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadəsi ilə bağlı aparılan auditin nəticələrinə dair auditor N. Həsənovun təqdim etdiyi hesabatlar müzakirə olunmuşdur...ətraflı

 16.07.2005 Cari il iyun ayının 14-də Azərbaycan Respublikası Hesablama Palatasının İclasında Dövlət Büdcəsinin "Təhsil bölməsi" bölməsi üzrə Sumqayıt Dövlət Universitetinə ayrılan büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadəsi ilə bağlı aparılan auditin nəticələrinə dair auditor N. Həsənovun təqdim etdiyi hesabatlar müzakirə olunmuşdur...ətraflı

 15.07.2005 Hesablama Palatasının iyulun 14-də keçirilən İclasında Palatanın İş Planına əsasən Azərbaycan Texnologiya Universitetində aparılacaq auditin Proqramı təsdiq olunmuşdur...ətraflı

 15.07.2005 Hesablama Palatasının iyulun 14-də keçirilmiş İclasında Palatanın 2004-cü il İş Planına əsasən Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergi İdarəsində dövlət büdcəsinin gəlirlərinin icrasının audit Proqramı təsdiq olunmuşdur...ətraflı

 15.07.2005 Hesablama Palatasının 14 iyul tarixli İclasında 2003- 2004cü illərdə və 2005-ci ilin birici yarımilində Dövlət Büdcəsi xərclərinin funksional təsnifatının "Təhsil xərcləri" bölməsi üzrə yerli xərclərdən Bakı şəhəri Xətai rayon Təhsil şöbəsinə ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılmasının və istifadəsinin auditi Proqramı təsdiq olunmuşdur...ətraflı

 08.07.2005 Azərbaycan Respublikası Hesablama Palatasının İclasında 2004 -cü ildə Azərbaycan Respublikası dövlət büdcəsinin funksional təsnifatının "Mədəniyyət, incəsənət, kütləvi informasiya, bədən tərbiyəsi və din sahəsində fəaliyyətin xərcləri" bölməsi üzrə yerli xərclərdən Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarına ayrılan dövlət vəsaitlərinin icrası ilə bağlı audit Proqramı təsdiq edilmişdir...ətraflı

 08.07.2005 Azərbaycan Respublikası Hesablama Palatasının İclasında 2004-cü ildə Azərbaycan Respublikası dövlət büdcəsinin funksional təsnifatının "Sənaye və Tikinti xərcləri" bölməsi üzrə investisiya xərclərindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılması və icrası ilə bağlı audit tədbirinin aparılmasının Proqramı təsdiq edilmişdir...ətraflı

 04.07.2005 Xəbər verildiyi kimi, cari il iyun ayının 30-da Moskva şəhərində Rusiya Federasiyası Hesablama Palatasının Kollegiya üzvləri və Azərbaycan Respublikası Hesablama Palatası üzvlərinin ikinci birgə İclasında iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsində ali maliyyə nəzarəti orqanlarının (AMNO) rolunun artırılması məsələləri müzakirə olunmuşdur...ətraflı

 09.06.2005 Xəbər verildiyi kimi Azərbaycan Respublikasının Hesablama Palatası may ayının 29-dan iyunun 3-dək Bonn şəhərində (AFR) keçirilən Avropa ölkələrinin Ali Audit Qurumları təşkilatının (EUROSAI) VI Konqresinin işində iştirak etmişdir...ətraflı

 28.05.2005 Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti Palatanın sədri Namiq Nəsrullayevin başçılığı ilə may ayının 27-dən iyunun 2-dək Avropa ölkələrinin Ali Audit Qurumlarının (EUROSAI) Bonn şəhərində (AFR) keçiriləcək VI Konqresində iştirak etmək üçün yola düşmüşdür...ətraflı

 24.05.2005 Cari il may ayının 24-də Azərbaycan Respublikası Hesablama Palatasının İclasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında və Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsində dövlət idarəetmə xərcləri üzrə 2003-2004-cü illərdə ayrılan büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadəsi ilə bağlı aparılan auditin nəticələrinə dair auditor C.Həsənovun təqdim etdiyi hesabatlar müzakirə olunmuşdur...ətraflı

 24.05.2005 Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsində auditin nəticələri üzrə auditor C.Həsənovun məruzəsində qeyd olunmuşdur ki, aparılan audit nəticəsində...ətraflı

 24.05.2005 Hesablama Palatasının İclasında həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi Baş İdarəsində audit Proqramı təsdiq olunmuşdur...ətraflı

 17.05.2005 Yaxın vaxtlarda Hesablama Palatasının İclasında Mərkəzi Seçki Komissiyasında, Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsində, Respublikanın bir sıra Texniki Peşə Lisey və məktəblərində, habelə Sumqayıt Dövlət Universitetində aparılmış maliyyə nəzarəti tədbirlərinin nəticələri müzakirə ediləcəkdir.

 16.05.2005 Azərbaycan Respublikası Hesablama Palatası Azərbaycan Müəllimlər İnstitutunun Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Cəlilabad, Qazax, Quba, Salyan, Şamaxı və Zaqatala filiallarında audit keçirəcəkdir...ətraflı

 03.05.2005 ECOSAI (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları təşkilatı) İdarə Heyətinin X toplantısının gedişində İran İslam Respublikasının Ali Audit Məhkəməsi (AAM) və Azərbaycan Respublikası Hesablama Palatası arasında ikitərəfli Anlaşma Memorandumu imzalanmışdır...ətraflı

 03.05.2005 ECOSAI (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları təşkilatı) İdarə Heyətinin X toplantısının gedişində Türkiyə Cümhuriyyəti Sayıştay başkanlığı və Azərbaycan Respublikası Hesablama Palatası arasında ikitərəfli Saziş imzalanmışdır...ətraflı

 03.05.2005 ECOSAI (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları təşkilatı) İdarə Heyətinin X toplantısının gedişində Pakistan İslam Respublikasının Baş Auditor Ofisi (BAO) və Azərbaycan Respublikası Hesablama Palatası arasında ikitərəfli Saziş imzalanmışdır...ətraflı

 03.05.2005 Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Sumqayıt şəhər Dezinfeksiya Stansiyasında şikayət ərizələri əsasında aparılmış auditin nəticələri barədə...ətraflı

 02.05.2005 2005-ci il aprel ayının 27-29-da Azərbaycan Respublikasının Bakı şəhərində ECOSAI təşkilatının (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumlarının təşkilatı) İdarə Heyətinin 10-cu toplantısı keçirilmişdir...ətraflı

 26.04.2005 Cari il aprel ayının 26-da Azərbaycan Respublikası Hesablama Palatasının Sədri N.Nəsrullayev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin Ali Audit Qurumları təşkilatının (ECOSAI) Bakıda keçirilən X Toplantısı çərçivəsində Pakistan İslam Respublikasının Baş Auditor Ofisinin Baş Auditoru Məhəmməd Yunis Xanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir...ətraflı

 16.04.2005 Azərbaycan Pespublikası Hesablama Palatasının 2005-ci il 14 aprel tarixli İclasında Dövlət zəmanəti ilə alınmış kreditlər hesabına "Azəriqaz" QSC tərəfindən icra edilən "Qaz sisteminin reabilitasiyası layihəsi" və "Azərenerji" SC tərəfindən icra edilən "Yenikənd Su Elektrik Stansiyasının tikintisi layihəsi" üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə birgə aparılacaq audit (cari təftiş) məzmunlu nəzarət tədbirlərinin Proqramları təsdiq edilmişdir...ətraflı

 15.04.2005 Azərbaycan Respublikası Hesablama Palatasının 2005-ci il aprel ayının 14-də keçirilən İclasında 2003-2004-cü illərdə Dövlət büdcəsinin funksional təsnifatının "Təhsil xərcləri" bölməsi üzrə mərkəzləşdirilmiş xərclərdən Azərbaycan Müəllimlər İnstitutuna ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması ilə bağlı audit tədbirinin keçirilməsinin Proqramı təsdiq edilmişdir...ətraflı

 15.04.2005 Azərbaycan Respublikası Hesablama Palatasının 2005-ci il 14 aprel tarixli İclasında dövlət büdcəsindən Azərbaycan Respublikasının Torpaq və Xəritəçekmə Komitəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadə olunması ilə bağlı audit tədbirinin keçirilməsinin Proqramı təsdiq edilmişdir...ətraflı

 15.04.2005 Azərbaycan Respublikası Hesablama Palatasının 2005-ci il 14 aprel tarixli İclasında Dövlət büdcəsinin funksional təsnifatının "Səhiyyə xərcləri" bölməsi üzrə mərkəzləşdirilmiş xərclərdən dövlət büdcəsindən akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı auditin keçirilməsinin Proqramı təsdiq edilmişdir...ətraflı

 13.04.2005 Aprel ayının 12-də Emil Sunleyin başçılığı ilə Beynəlxalq Valyuta Fondunun missiyası Azərbaycan Respublikası Hesablama Palatasının Sədri Namiq Nəsrullayevlə görüşmüşdür...ətraflı

 06.04.2005 Azərbaycan Respublikası Hesablama Palatasının İclasında 2003-2004-cü illərdə Dövlət büdcəsinin "Təhsil xərcləri" bölməsi üzrə mərkəzləşdirilmiş xərclərdən ölkənin bir sıra orta ixtisas təhsil müəssisələrinə ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılması və icrası ilə bağlı audit tədbirinin keçirilməsinin Proqramı təsdiq olunmuşdur...ətraflı

 06.04.2005 Azərbaycan Respublikası Hesablama Palatasının İclasında 2003-2004-cü illərdə Dövlət büdcəsinin "Təhsil xərcləri" bölməsi üzrə mərkəzləşdirilmiş xərclərdən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən Lənkəran Dövlət Universitetinə və Mingəçevir Politexnik İnstitutuna ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması ilə bağlı auditin keçirilməsinin Proqramı təsdiq olunmuşdur...ətraflı

 28.03.2005 Mart ayının 28-29-da Rusiya Federasiyası Hesablama Palatasının sədri Sergey Stepaşinin başçılığı ilə Rusiya Federasiyası Hesablama Palatasının nümayəndə heyəti Bakıda işgüzar səfərdə olmuşdur...ətraflı

 26.03.2005 Martın 28-29-da Rusiya Federasiyası Hesablama Palatasının sədri Sergey Stepaşinin başçılığı ilə Rusiya Federasiyası Hesablama Palatasının nümayəndə heyəti Bakıya işgüzar səfər edəcək...ətraflı

 23.03.2005 Hesablama Palatasının İclasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2003-cü il büdcəsinin gəlir və xərclərinin proqnozlaşdırılması və icrası ilə bağlı aparılan auditin nəticələri müzakirə edilmişdir...ətraflı

 22.03.2005 Rusiya Federasiyasının Prezidenti V.V.Putinin 17 mart 2005-ci il tarixli Fərmanı ilə Rusiya - Azərbaycan əməkdaşlığının inkişafına böyük töhfəsinə görə Azərbaycan Respublikası Hesablama Palatasının Sədri Namiq Nəsrulla oğlu Nəsrullayev "Dostluq" ordeni ilə təltif edilmişdir...ətraflı

 11.03.2005 2005-ci il mart ayının 3-də Azərbaycan Respublikası Hesablama Palatasının İclasında Palatanın 2005-ci il üçün İş planına uyğun olaraq keçirilməsi nəzərdə tutulmuş Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üzrə 2003-2004-cü illərdə dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılması, icrası və dövlət əmlakından istifadə olunmasınin auditi barədə məsələ müzakirə olunmuşdur...ətraflı

 04.03.2005 Mart ayının 3-də Azərbaycan Respublikası Hesablama Palatasının İclasında 2003-2004-cü illərdə Dövlət büdcəsinin "Təhsil xərcləri" bölməsi üzrə yerli xərclərdən uşaq evlərinə ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılması və icrası ilə bağlı audit tədbirinin Proqramı təsdiq olunmuşdur...ətraflı

 04.03.2005 Azərbaycan Respublikası Hesablama Palatasının İclasında 2005-ci ilin İş Planına uyğun olaraq "İş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı"nın 2003-2004-cü illər üzrə proqnozlaşdırılması və icrasının auditinin keçirilməsi Proqramı təsdiq olunmuşdur...ətraflı

 04.03.2005 Xəbər verdiyimiz kimi, cari ilin yanvarında İslamabad şəhərində (Pakistan İslam Respublikası) İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin ali audit orqanlarının Qurumunun (ECOSAI) Fövqəladə Assambleyasında təşkilatın İdarə Heyətinin 10-cu toplantısının 2005-ci ildə Bakı şəhərində keçirilməsi qərara alınmışdır...ətraflı

 18.02.2005 2005-ci il fevral ayının 18-də Azərbaycan Respublikası Hesablama Palatasının İclasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində 2002-2003-cü illər Dövlət büdcəsi xərclərinin funksional təsnifatının "Ümumi dövlət xidməti" və "Əsas bölmələrə aid edilməyən xərclər" bölmələri üzrə xərclərin icrası üzrə keçirilmiş auditin nəticələri müzakirə olunmuşdur...ətraflı

 16.02.2005 Hesablama Palatasının fevral ayının 15-də keçirilən İclasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında və Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsində audit tədbirləri keçirilməsi barədə qərar qəbul edilmiş və müvafiq audit proqramları təsdiq olunmuşdur...ətraflı

 03.02.2005 Xəbər verildiyi kimi, cari il yanvar ayının 24-də Hesablama Palatasının İclasında Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində audit aparılması haqqında qərar qəbul olunmuşdur. Palatanın 30.12.2004-cü il tarixdə təsdiq edilmiş 2005-ci ilin İş Planına əsasən Gəmiçilikdə keçirilək audit barədə 11.01.2005-ci il tarixdə Azərbaycan Respublikasının Baş Nazirinə, 26.01.2005-ci il tarixdə Nəqliyyat Nazirinə və Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi A.Bəşirova məktub göndərilmişdir...ətraflı

 27.01.2005 Hesablama Palatasının cari il yanvarın 26-da keçirilən İclasında Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında (2004-2006-cı illər) nəzərdə tutulan tədbirlərin icrası üzrə Hesablama Palatasının Tədbirlər planı təsdiq edilmişdir. Həmin planda tədbirin mahiyyəti, icra forması, müddəti və icraçılar müəyyənləşdirilmişdir...ətraflı

 25.01.2005 Cari il yanvar ayının 24-də Hesablama Palatasının İclasında Azərbaycan Dövlət Xəzər Gəmiçiliyi idarəsində və Bakı şəhərinin Nərimanov rayonunda audit tədbirləri keçirilməsi barədə qərar qəbul edilmiş və audit proqramları təsdiq olunmuşdur...ətraflı

 24.01.2005 Hesablama Palatasının İclasında Bakı şəhərinin və bir sıra rayonların texniki-peşə məktəbləri və liseylərində auditin keçirilməsi barədə qərar qəbul edilmişdir...ətraflı

 24.12.2004 2004-cü il dekabr ayının 22-də Azərbaycan Respublikası Hesablama Palatasının növbəti İclasında "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində 2003-cü ildə enerji və qaz sektoru üzrə müvafiq olaraq alınan yanacaq və qaz üçün ödənilməyən məbləğə görə dövlət büdcəsi hesabına bu sektora verilmiş və icmal büdcənin gəlir və xərc hissəsində ayrıca sətirlə əks etdirilmiş dolayı subsidiyaların "Azəriqaz" QSC-nə aid olan hissəsinin icra vəziyyətinin auditinin nəticələri müzakirə olunaraq təsdiq edilmişdir...ətraflı

 24.11.2004 Azərbaycan Pespublikası Hesablama Palatasının 2004-cü il noyabr ayının 22-də keçirilən İclasında 2002-2003-cü illərdə və 2004-cü ilin 9 ayında Azərbaycan Respublikası Dövlət büdcəsinin funksional təsnifatının "Təhsil xərcləri" bölməsi üzrə mərkəzləşdirilmiş xərclərdən Sumqayıt Dövlət Universitetinə ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması ilə bağlı nəzarət-audit tədbiri keçirilməsinin Proqramı təsdiq edilmişdir...ətraflı

 24.11.2004 Azərbaycan Pespublikası Hesablama Palatasının 2004-cü il noyabr ayının 22-də keçirilən İclasında Dövlət büdcəsi xərclərinin funksional təsnifatının "Sənaye və Tikinti xərcləri" bölməsindən 2001-2004-cü illərdə Bakı Metropoliteninə ayrılan dövlət vəsaitlərinin həcmi, strukturu, təyinatı və xərc maddələri üzrə icrasının auditinin aparılması Proqramı təsdiq edilmişdir...ətraflı

 04.11.2004 2004-cü il oktyabr ayının 30-da Azərbaycan Respublikası Hesablama Palatasının İclasında 2005-ci il Dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsinə Palatanın Rəyi təsdiq olunmuş və Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilmişdir...ətraflı

 30.10.2004 2004-cü il oktyabr ayının 25-dən 27-dək Rusiya Federasiyası Hesablama Palatasında "Nəzarət tədbirlərinin nəticələrinin tərtibinin standartlaşdırılması və onların uçotunun avtomatlaşdırılması" mövzusunda birgə seminar keçirilmişdir. Seminar dövlət maliyyə nəzarətinin metodologiyasının təkmilləşdirilməsi, habelə ali (dövlət auditi) sahəsində mütəxəssislərin ixtisasının artırılması və peşəkar təlim üzrə təcrübə mübadiləsi məqsədi ilə Rusiya Federasiyası Hesablama Palatası və Azərbaycan Respublikası Hesablama Palatası arasında əməkdaşlıq Sazişi çərçivəsində keçirilirdi...ətraflı

 07.10.2004 2004-cü il oktyabr ayının 6-da Azərbaycan Respublikası Hesablama Palatasının növbəti iclasında Azərbaycan Respublikası Vergilər Nazirliyində 2002-2003-cü illərdə Nazirliyin saxlanmasına Dövlət büdcəsindən ayrılan vəsaitlərin əsas xərc bölmələri üzrə istifadəsi ilə bağlı aparılmış auditin nəticələri müzakirə olunmuşdur...ətraflı

 07.10.2004 Azərbaycan Respublikası Hesablama Palatasının 2004-cü il oktyabr ayının 6-da keçirilən İclasında 2002-2003-cü illərdə və 2004-cü ilin 1 yarımilində Azərbaycan Dövlət Pedaqoji Universitetində Dövlət Büdcəsinin funksional təsnifatının "Təhsil xərcləri" bölməsi üzrə mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və istifadə olunması ilə bağlı aparılmış auditin nəticələri müzakirə olunmuşdur...ətraflı

 24.09.2004 Azərbaycan Pespublikası Hesablama Palatasının 2004-cü il sentyabr ayının 24-də keçirilən İclasında 2002-2003-cü illər və 2004-cü ilin İ yarımilliyində Dövlət büdcəsinin "Təhsil xərcləri" bölməsi üzrə Ağcabədi və Laçın rayonlarının Təhsil şöbələrinə yerli xərclərdən ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması ilə bağlı audit Proqramı təsdiq edilmişdir...ətraflı

 24.09.2004 Azərbaycan Pespublikası Hesablama Palatasının 2004-cü il sentyabr ayının 24-də keçirilən İclasında Azərbaycan Pespublikası Dövlət Statistika Komitəsində plan nəzarət tədbirinin (auditin) keçirilməsi üzrə qərar qəbul etmişdir...ətraflı

 16.09.2004 Sentyabrın 16-da Azərbaycan Respublikası Hesablama Palatasında Türkiyə Cumhuriyyəti Sayıştay başkanı cənab Mehmet Damarla görüş olmuşdur. Görüşdə iki təşkilat arasında əməkdaşlıq perspektivləri müzakirə edilmişdir...ətraflı

 09.09.2004 Bu il avqust ayının 31-dən sentyabr ayının 3-dək Astana şəhərində (Qazaxıstan Respublikası) 2000-ci ildə dövlət (kənar) auditi sahəsində əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi məqsədi ilə yaradılmış MDB iştirakçısı olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının (AMNO) rəhbərləri şurasının V sessiyası keçirilmişdir...ətraflı

 17.07.2004 Hesablama Palatasının İclasında Rusiya Federasiyası Hesablama Palatasının sədri S.V.Stepaşinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfərinin yekunları müzakirə olunmuşdur...ətraflı

 16.07.2004 İyulun 16-da Hesablama Palatasında Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə maliyyə idarəetmə mütəxəssisi cənab Yohannes Stenbek Madsenin iştirakı ilə seminar keçirilmişdir...ətraflı

 15.07.2004 Cari ilin iyul ayının 14-də Azərbaycan Respublikasi Hesablama Palatasının Sədri N.Nəsrullayev Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə maliyyə idarəetmə mütəxəssisi cənab Yohannes Stenbàek Madsendən ibarət missiyanı qəbul etmişdir...ətraflı

 15.07.2004 Azərbaycan Respublikasının Hesablama Palatası iyulun 14-dən Baki şəhəri İcra Hakimiyyəti aparatının Baş Əsaslı Tikinti və Təmir İdarəsində 2001-2003-cü illərdə Dövlət büdcəsi xərclərinin funksional təsnifatının "Sənaye və Tikinti xərcləri" bölməsi üzrə xərclərin icrasının auditinə başlamışdır. Auditin keçirilməsində məqsəd - investisiya xərcləri üzrə maliyyələşdirilmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını araşdırılması...

 14.07.2004 "İnterfaks-Azərbaycan"ın ofisində mətbuat konfransı...ətraflı

 13.07.2004 İyulun 12-də Rusiya Federasiyası Hesablama Palatasının Sədri S.V.Stepaşinin Bakıya işgüzar səfəri başa çatmışdır...ətraflı

 01.07.2004 Bu ilin iyul ayının 9-da Rusiya Federasiyası Hesablama Palatasının Sədri S.V.Stepaşin Bakıda işgüzar səfərdə olacaqdır...ətraflı

 10.06.2004 İyunun 9-da Hesablama Palatasının İclasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2003-cü ildə gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasının əsaslılığının və icrasının auditinin keçirilməsinin Proqramı təsdiq edilmişdir. Cari ilin iyun ayının 21-dən başlanacaq həmin tədbir Hesablama Palatasının 2004-cü ilin İş planına uyğun keçirilir.

 09.06.2004 2004-cü il iyunun 8-də Hesablama Palatasının Sədri N.Nəsrullayev başda aparıcı mütəxəssis Krisçen Petersen olmaqla Dünya Bankının missiyasını qəbul etmişdir...ətraflı

 24.05.2004 Azərbaycan Respublikası Hesablama Palatasının Sədri N.Nəsrullayev may ayının 13-də Londona səfərinin gedişində Böyük Britaniyanın Milli Audit Ofisi (NAO) və Azərbaycan Respublikası Hesablama Palatası arasında qarşılıqlı anlaşma barədə Memorandum imzalamışdır. Ingiltərə tərəfindən Memorandumu NAO-nun Baş Nəzarətçisi və Baş Auditoru Jon Born imzalamışdır...ətraflı

 21.05.2004 Bu il may ayının 11-14-də Londonda Avropa ölkələri ali maliyyə nəzarəti orqanlarının təşkilatı (EUROSAI) və Latın Amerikası və Karib hövzəsi ölkələri ali maliyyə nəzarəti orqanlarının təşkilatının (OLASEFS) birgə təşkil etdiyi "XXI əsrdə audit" mövzusunda III beynəlxalq seminar keçirilmişdir...ətraflı

 10.05.2004 Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2004-cü il üçün İş planın əsasən Bakı şəhərinin 8 rayon (Nəsimi, Səbail, Nərimanov, Nizami, Xətai, Yasamal, Binəqədi, Əzizbəyov) Təhsil şöbələrinin Məktəbəqədər uşaq müəssisələrində 2002-2003-cü illərdə Dövlət büdcəsinin "Təhsil xərcləri" bölməsi üzrə ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunmasına dair cari ilin mart ayında nəzarət-audit tədbiri aparılmışdır...ətraflı

 06.05.2004 Azərbaycan Respublikası Hesablama Palatasının 5 may 2004-cü il tarixli İclasında Gəncə şəhərində təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal təsərrüfatı və s. sahələrdə dövlət büdcəsinin yerli gəlirlərinin proqnozlaşdırılması və icrasının, habelə büdcə vəsaitlərinin xərclənməsinin müəyyən edilmiş göstəricilərə uyğunluğunun təyin edilməsi üzrə planlı kompleks nəzarət tədbirlərinin keçirilməsi Proqramı təsdiq edilmişdir. Nəzarət tətbirlərinin başlanması may ayının birinci yarısında nəzərdə tutulmuşdur.

 06.05.2004 Hesablama Palatasının 2004-cü ilin İş Planına uyğun olaraq Palatanın iclasında Azərbaycan Respublikası Vergilər Nazirliyində auditin keçirilməsi üzrə Proqram təsdiq edilmişdir. Auditin məqsədi Nazirliyin Aparatının saxlanmasına ayrılmış maliyyə vəsaitlərinin dövlət büdcəsində müəyyən olunmuş göstəricilər üzrə istifadəsi vəziyyətinin yoxlanılmasıdır. Nəzarət tətbirlərinin başlanması may ayının ikinci yarısında nəzərdə tutulmuşdur.

 05.04.2004 Dünya Bankının "Institusional inkişafa texniki yardım" (IBTA-II) layihəsi çərçivəsində "IDP Edication Australiya Ltd" şirkətinin əməkdaşları Hesablama Palatasında işə başlamışlar...ətraflı

 03.02.2004 Azərbaycan Respublikası və Rusiya Federasi arasında 29 oktyabr 2002-ci ildə imzalanmış Sazişə uyğun olaraq Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti, başda Sədr müavini A.Allahverdiyev olmaqla, yanvarın 26-dan 30-dək Moskvada işgüzar səfərdə olmuşdur...ətraflı

 02.02.2004 Məlum olduğu kimi, Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti ECOSAI-nin Fövqəladə Sessiyasının və idarə Şurasının yanvar ayının 26 - 2-dək İslamabadda (Pakistan) keçirilən işində iştirak etmişdir...ətraflı

 02.02.2004 2004-cü il yanvarın 26-dan 28-dək İslamabadda (Pakistan) ECOSAI-nin İdarə Şurasının 9-cu görüşü və ECOSAI Assambleyasının Fövqəladə Sessiyasında iştirak edən Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyətinə auditor Cəfər Həsənov başçılıq etmişdir....ətraflı

 23.12.2003  Niderland Audit Məhkəməsinin dəvəti ilə Azərbaycan Respublikası Hesablama Palatasının Sədr müavini cənab A.Allahverdiyev və məsləhətçi Ü.Fətiyev 9-11 dekabr 2003-cü il tarixlərdə Haaqa şəhərində EUROSAI-ın "Tullantıların auditi" mövzusunda keçirilmiş seminarında iştirak etmişlər.

© 2003, All rights reserved