AZE

ENG

RUS

                      

Hesablama Palatasının beynəlxalq fəaliyyəti

Azərbaycan Respublikasının Hesablama Palatası INTOSAI, EUROSAI, ASOSAI, ECOSAI və digər bir sıra beynəlxalq Ali Maliyyə Nəzarəti təşkilatlarının üzvüdür.

Digər ölkələrin Ali Maliyyə Nəzarəti orqanları ilə ikitərəfli münasibətlərin qurulması və inkişaf etdirilməsinə də xüsusi diqqət yetirilir. Belə ki, 2002-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Hesablama Palatası ilə Rusiya Federasiyasının Hesablama Palatası arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Sazış əsasən paralel nəzarət tədbirlərinin keçirilməsi, müvafiq informasiya-arayış materiallarının mübadiləsi, peşəkar təlim, kadrların ixtisasının artırılması və s. üzrə əmədaşlığı nəzərdə tutur.

Göstərilən Sazişin müddəalarının icrası olaraq 30 may 2003-cü il tarixdə Bakı şəhərində Azərbaycan Respublikası Hesablama Palatasının üzvlərinin və Rusiya Federasiyası Hesablama Palatasının Kolleqiyasının üzvlərinin birgə iclası keçirilmişdir. Bu iclasda dövlət vəsaitlərinin səmərəli istifadə edilməsinin auditi, hər iki ölkədə dövlət maliyyə nəzarətinin vahid sisteminin formalaşdırılması, dövlət maliyyə nəzarəti sahəsində mütəxəssislərin birgə hazırlıq və yenidən hazırlaşdırma sisteminin yaradılması ilə bağlı aktual problemlər üzrə yaradıcı fikir mübadiləsi edilmişdir. İclasda qarşılıqlı maraq doğuran və gələcəkdə hər iki tərəfin iqtisadi əlaqələrinin inkişafını təmin edən sahələrdə birgə-paralel nəzarət tədbirlərinin keçirilməsinə xüsusi diqqət yetirilmişdir.

2003-cu ilin yanvar ayında Azərbaycan Respublikasının Hesablama Palatası ilə Gürcüstanın Nəzarət Palatası arasında da əməkdaşlıq haqqında analoji Saziş imzalanmışdır.

Böyük Britaniyanın Milli Audit Ofisi, Estoniyanın Dövlət Nəzarəti Palatası, Moskva şəhərinin Nəzarət-Hesablama Palatası ilə sıx işgüzar əlaqələr qurulmaqdadır.

Türkiyə, Pakistan, Yaponiya və İsrailin, MDB iştirakcısı olan bir sıra dövlətlərin Avropa və Asiyanın digər ölkələrinin müvafiq təşkilatları ilə əməkdaşlıq imkanları nəzərdən keçirilir.

Azərbaycan Respublikasının Hesablama Palatası xarici dövlətlərin bütün ali maliyyə nəzarəti orqanları ilə əməkdaşlığa hazırdır.

© 2003, All rights reserved