Azərbaycan Respublikası Hesablama Palatasının ekspert-analitik fəaliyyəti
Hesablama Palatasının ekspert-analitik fəaliyyəti müvafiq dövlət orqanları və hüquqi şəxslərdən alınan sənədlər, hesabatlar, Hesablama Palatasının iclasının təsdiq etdiyi formalar üzrə məlumatlar, Palatanın sorğu və müraciətlərinə uyğun olaraq təqdim edilən göstəriçilər, statistik materiallar əsasında, habelə Hesablama Palatası tərəfindən keçirilən nəzarət tədbirlərinin nəticələri üzrə aparılır.
Formalaşdırılan və fəaliyyət istiqamətləri üzrə mütəmadi yeniləşdirilən məlumat bazasına əsaslanaraq Hesablama Palatası tərəfindən ekspert-analitik işləri aparılmışdır, aşağıdakı çıxış sənədləri hazırlanaraq Milli Məclisə təqdim olunmuşdur (Bax: Rəy, məlumat və hesabatların arxivi):
1. "Azərbaycan Respublikasının 2003-cü il Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının RƏYI
2. Azərbaycan Respublikasının 2002-ci il Dövlət büdcəsinin icrası barədə hesabata və müvafiq qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının RƏYI
3. Azərbaycan Respublikasının 2002-ci il Dövlət büdcəsinin gəlir və xərclərinin altı aylıq icrası haqqında Azərbaycan Respublikası Hesablama Palatasının MƏLUMATI
4. Azərbaycan Respublikasının 2002-ci il Dövlət büdcəsinin gəlir və xərclərinin doqquz aylıq icrası haqqında Azərbaycan Respublikası Hesablama Palatasının MƏLUMATI
5. Azərbaycan Respublikasının Dövlət büdcəsinin gəlir və xərclərinin 2002-ci ilin yekunu üzrə icrası haqda Azərbaycan Respublikası Hesablama Palatasının MƏLUMATI
6. Azərbaycan Respublikasının Dövlət büdcəsinin gəlir və xərclərinin 2003-cü ilin I rübü üzrə icrası haqqında Azərbaycan Respublikası Hesablama Palatasının MƏLUMATI
7. 2003-cü ilin yarımilliyi üzrə Azərbaycan Respublikasının Dövlət büdcəsinin gəlir və xərclərinin icrası haqqında Azərbaycan Respublikası Hesablama Palatasının MƏLUMATI
8. 2001-ci il dekabrın 7-dən 2002-ci il aprelin 15-dək olan dövrdə Azərbaycan Respublikası Hesablama Palatasının işi haqqında HESABAT
9. Azərbaycan Respublikası Hesablama Palatasının 15.04.2002 - 15.10.2002 dövründə işi haqqında HESABAT
10. Azərbaycan Respublikası Hesablama Palatasının 2002-ci ildə fəaliyyəti haqqında HESABAT
2002-ci il və 2003-cu ilin birinci rübü ərzində Hesablama Palatasının üzvləri Milli Məclisin və onun daimi komissiyalarının iclaslarında büdcə, vergi, gömrük, tarif və sığorta məsələləri, habelə Milli Məclisdə təsdiq edilən beynəlxalq müqavilələrə, müxtəlif qanun layihələrinə dair müzakirə edilən məsələlər üzrə müzakirələrdə iştirak etmişlər.
|