Azərbaycan Respublikası
Hesablama Palatasının Sədri
Heydər Xanış oğlu Əsədov

1959-cu il oktyabr ayının 24-də anadan olmuşdur.

1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini bitirmişdir.
1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirmişdir.

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışmışdır.

1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləmişdir.

1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.

1992-1995-ci illərdə Türkiyə Respublikasının Mərmərə Universitetinin doktoranturasına qəbul olunmuşdur.

1995-ci ildə Maliyyə nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.

1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə Nazirinin müavini vəzifələrində işləmişdir.

17 Aprel 2007-ci ildə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının Sədri vəzifəsinə təyin olunmuşdur.

3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

Ailəlidir. Üç övladı var.