Azərbaycan Respublikasının Hesablama Palatası haqqında ÜMUMİ MƏLUMAT
Hesablama Palatası Azərbaycan Respublikasının Milli Məclisi (Parlamenti) tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq yaradılmışdır və 2001-ci il dekabr ayının 7-dən fəaliyyətə başlamışdır.
Hesablama Palatası onun üzvləri olan Sədrdən, Sədr müavinindən və 7 auditordan ibarətdir. Azərbaycan Respublikası Hesablama Palatasının Sədri, Sədr müavini və auditorları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunurlar və vəzifələrindən azad olunurlar.
Hesablama Palatası Sədrinin, Sədr müavininin və auditorlarının səlahiyyət müddəti 7 ildir.
Hesablama Palatasının funksiya və səlahiyyətlərinin həyata keçirilməsi, fəaliyyətinin təmin edilməsi məqsədi ilə Hesablama Palatasının Aparatı formalaşdırılır. Hesablama Palatasının Aparatına Palatanın Sədri rəhbərlik edir.
AZƏRBAYCAN RESPUBLIKASI HESABLAMA PALATASININ ÜZVLƏRI
 |
Heydər Xanış oğlu Əsədov, Sədr |
|
 |
Abbas Mənsim oğlu Allahverdiyev, Sədr müavini |
|
Hesablama Palatasının Auditorları |
 |
 |
 |
 |
 |
Həsənov Nazim İsgəndər oğlu |
Həsənov Cəfər İsmayıl oğlu |
Həsənov Vaqif Muxtar oğlu |
İbrahimov Fazil İbrahim oğlu |
Məhərrəmov Adil Məmmədəli oğlu |
|
|
"Hesablama Palatasının Sədri, onun müavini və Hesablama Palatasının auditorları səlahiyyət müddəti ərzində onları Hesablama Palatasına vəzifəyə təyin etmiş Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan tutula, həbsə alına, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onlar barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz...
Dövlət tərəfindən Hesablama Palatasının Sədri, onun müavini və auditorlarının peşəkar fəaliyyətinin sərbəstliyinə təminat verilir."
("Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu, I.7 bəndi)
"Hesablama Palatasının Sədrinin, Sədr müavininin və auditorlarının, habelə Hesablama Palatası Aparatının vəzifəli şəxslərinin xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar onlara mane olmaq, təzyiq göstərmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur".
("Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanunu, maddə 19)
Azərbaycan Respublikası Hesablama Palatasının strukturu

Hesablama Palatasının İclasları
Hesablama Palatasının iclasları onun azı 5 üzvü iştirak etdikdə səlahiyyətlidir. Hesablama Palatasının iclaslarında aşağıdakı məsələlərə baxılır və onlar barəsində qərarlar qəbul olunur:
- Hesablama Palatasının iş planı;;
- Hesablama Palatasının rəyləri, hesabatları və təklifləri;
- daxili normativ və metodiki sənədləri;
- nəzarət tədbirlərinin təşkili və keçirilməsi proqramları, eləcə də onların nəticələri;
- Milli Məclisə və kütləvi informasiya vasitələrinə təqdim edilən Hesablama Palatasının fəaliyyəti haqqında informasiya və məlumatlar;
- Hesablama Palatasının səlahiyyətləri və fəaliyyət dairəsinə daxil olan digər məsələlər.
|