01.07.2010
1 iyul 2010-cu il tarixində Azərbaycan Respublikası Hesablama Palatasının Sədri H.Əsədov Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi üzrə Dünya Bankının missiyasını qəbul etmişdir
Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) üzrə Dünya Bankı tərəfindən layihənin rəhbəri cənab Yan Tilin başçılıq etdiyi missiya layihə çərçivəsində məsləhətçinin seçilməsi və bütövlükdə layihənin ümumi icrasının gedişini müzakirə etmək üçün Hesablama Palatasının rəhbərliyi ilə görüşmüşdür.
Görüşdə Hesablama Palatasının Sədri cənab H. Əsədov Palatanın Strateji İnkişaf Planına uyğun olaraq Palata tərəfindən həyata keçirilmiş tədbirlərin qiymətləndirilməsi və CAPSAP layihəsi çərçivəsində görüləcək işlərin səmərəliliyinin təmin edilməsində məsləhətçi-ekspertin xidmətindən istifadə olunmasının məqsədəuyğunluğu barədə qəbul edilmiş qərara müvafiq olaraq Palata tərəfindən bu istiqamətdə aparılmış işlər barədə məlumat verdi. Eyni zamanda cənab H.Əsədov layihə üzrə nəzərdə tutulmuş vəsaitlərdən səmərəli istifadə olunması məqsədilə tvinninq əlaqələri üçün fəaliyyəti beynəlxalq standartlara uyğun ali audit qurumuna malik qabaqcıl bir ölkənin seçilməsinin məqsədəuyğun olmasını bir daha vurğuladı.
Dünya Bankı missiyasının rəhbəri cənab Yan Til CAPSAP layihəsi üzrə işlərin daha da sürətləndirilməsi zəruriliyini qeyd edərək bu layihənin Hesablama Palatası üzrə işlərinə Dünya Bankı tərəfindən yeni təyin olunmuş məsul şəxsi – cənab Lesli Kojimanı Palatanın rəhbərliyinə təqdim etdi. Cənab L.Kojima Palatanın Strateji İnkişaf Planında beynəlxalq təcrübənin tələblərinə uyğun olaraq müvafiq dəyişiklik edilməsi və layihə üzrə seçiləcək məsləhətçi-ekspertlə sıx və səmərəli əməkdaşlığın vacibliyini qeyd etdi.
Tərəflər ən yaxın müddətdə müvafiq sazişin imzalanması və CAPSAP layihəsi üzrə işlərin sürətləndirilməsi istiqamətində səylərin artırılması vacibliyini vurğulayaraq indiki mərhələdə görüləcək konkret tədbirləri müzakirə etdilər.