23.06.2010

2010-cu il iyun ayının 23-də Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilmişdir.

İclasda Naxçıvan Muxtar Respublikası büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” xərcləri bölməsinin “Kommunal təsərrüfatı xərcləri” köməkçi bölməsi üzrə Naxçıvan şəhər Yaşıllaşdırma idarəsinin saxlanmasına ayrılan vəsaitlərin, digər mənbələrdən daxilolmaların proqnozlaşdırılması və icrasına və “Ümumi dövlət xərcləri” bölməsinin “Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması” köməkçi bölməsi üzrə Naxçıvan Muxtar Respublikası Daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin saxlanmasına ayrılan vəsaitlərin, büdcədənkənar mənbələrdən daxilolmaların proqnozlaşdırılması və icrasına dair Audit proqramları təsdiq edilmişdir.

Kollegiya iclasinda, həmçinin, dövlət büdcəsinin Zaqatala rayonu üzrə yerli xərclərinin tərtibi, yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarına ayrılan dövlət vəsaitlərinin icrası, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsi  üzrə kənd təsərrüfatı tədbirləri paraqrafından ayrılan vəsaitlərin və xüsusi vəsaitlərin proqnozlaşdırılması və istifadəsi və Dövlət  Baytarlıq Xidmətinə dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsi üzrə baytarlıq paraqrafından ayrılan vəsaitlərin və xüsusi vəsaitlərin proqnozlaşdırılması və istifadəsi üzrə auditlərin nəticələrinə dair Hesabat və Rəylər geniş müzakirə olunaraq təsdiq edilmişdir.