17.06.2010

16 iyun 2010-cu il tarixində Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilmişdir.

İclasda “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi geniş müzakirə edilmişdir. Müzakirənin sonunda rəy təsdiq edilmiş, aparılmış təhlillərin nəticələri, habelə qlobal böhranın dünya iqtisadiyyatında yaratdığı qeyri-müəyyənlik şəraitində iqtisadi artımın dayanıqlılığının qorunub saxlanılması hesabına ölkənin malik olduğu maliyyə resurslarından səmərəli iastifadə olunması və onun əhalinin həyat səviyyəsinə təsirinin artırılması, zəruri infrastruktur layihələrinin həyata keçirilməsi, respublikanın müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, respublikada baş vermiş təbii fəlakətin nəticələrinin qısa zaman kəsiyində və effektiv şəkildə aradan qaldırılması, iqtisadi potensialın imkanlarının büdcəyə cəlb edilməsi və yenidən bölüşdürülməsi və bütövlükdə iqtisadi siyasətin uğurla davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanun layihəsinin qəbul olunması məqsədəuyğun hesab edilmişdir.

Kollegiya iclasında, həmçinin, Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin saxlanılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsi üzrə Audit proqramı təsdiq edilmişdir.