07.06.2010

4 iyun 2010-cu il tarixində Azərbaycan Respublikası Hesablama Palatasının Sədri H.Əsədov Dünya Bankının Azərbaycan üzrə Baş iqtisadçısı Kristos Kostopulosu qəbul etmişdir.

Görüşdə ölkəmizdə həyata keçirilən İnstitusional Quruculuğa İkinci Texniki Yardım (İBTA- II) layihəsi üzrə İcranın Tamamlanması üzrə hesabatın hazırlanması və layihənin komponentləri üzrə məlumatların yenilənməsi istiqamətində fikir mübadiləsi aparılmış, bir sıra məsələlər, o cümlədən Hesablama Palatası tərəfindən nəzarət tədbirlərinin keçirilməsi zamanı “Büdcə sistemi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması, investisiya xərclərinin nəzarət tədbirlərində əhatə olunması və ortamüddətli dövrdə dövlət büdcəsinin proqnozlaşdırılması üzrə müzakirələr keçirilmişdir.