07.06.2010
3 iyun 2010-cu il tarixində “Azərbaycan Respublikası Hesablama Palatası və Belarus Respublikasının Dövlət Nəzarət Komitəsi arasında əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.
Sazişi Azərbaycan tərəfdən Hesablama Palatasının sədri Heydər Əsədov, Belarus tərəfdən Dövlət Nəzarət Komitəsinin sədri Zenon Lomat imzalamışlar.
Sazişdə tərəflərin öz səlahiyyətləri çərçivəsində milli qanunvericiliyə uyğun olaraq əməkdaşlıq istiqamətləri, məlumat mübadiləsi və onun tənzimlənməsi qaydaları, dövlət maliyyə nəzarətinin həyata keçirilməsi və təkmilləşdirilməsi, öz əməkdaşlarının peşəkar hazırlığı və ixtisaslarının artırılması sahəsində təcrübə mübadiləsini təmin etmək məqsədi ilə nümayəndə heyətlərinin qarşılıqlı mübadiləsi, Sazişin həyata keçirilməsi ilə bağlı qarşılıqlı şəkildə məsləhətləşmələrin aparılması və onların həll edilməsi üçün birgə ekspert-analitik və digər işçi qruplarının yaradılması, həyata keçiriləcək məsələlərin koordinasiya olunması məqsədilə məsul şəxslərin müəyyən edilməsi və s. məsələlər öz əksini tapmışdır.












