05.03.2010

2010-cu il mart ayının 4-də keçirilən Hesablama Palatasının Kollegiya iclasında dövlət büdcəsinin “Mənzil-kommunal təsərrüfatı” bölməsindən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi və Əzizbəyov rayon Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi üzrə keçirilmiş auditlərin nəticələrinə dair Hesabat və Rəylər müzakirə olunaraq təsdiq edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur. 
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə Pirallahı qəsəbəsini sahillə birləşdirən dambada sahilbərkitmə işləri və Saatlı-Becar mənzilinin 98-ci km-də Araz çayı üzərində yerləşən metal körpünün tikintisi və yenidən qurulmasına ayrılan vəsaitlərdən istifadənin auditi üzrə Audit proqramı da həmin Kollegiya iclasında təsdiq edilmişdir.