23.01.2010
2010-cu il yanvar ayının 22-də Hesablama Palatasının Kollegiyasında Palatanın aparacağı bir sıra nəzarət tədbirləri üzrə Audit proqramlarının layihələri müzakirə olunmuşdur.
Kollegiya “Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması, tərtibi və icrasına dair”, “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC dövlət büdcəsindən investisiyalara yönəldilən vəsaitlərin həcmi, strukturu və vaxtında icrasına dair” və “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin gəlir və xərclərinin icrasına dair” Audit Proqramlarının təsdiq olunması haqqında müvafiq qərarlar qəbul etmişdir.












