22.01.2010

2010-cu il yanvar ayının 22-də keçirilən Hesablama Palatasının Kollegiya iclasında “Dövlət büdcəsindən Səhiyyə Nazirliyinin aparatının saxlanılması xərclərinin proqnozlaşdırılması, maliyyələşdirilməsi və istifadəsinin, səhiyyə sahəsində Dövlət Proqram və Tədbirlərinin icrası və “Dövlət əsaslı vəsait qoyuluşu” xərclərindən Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyətinə ayrılan vəsaitlərdən istifadə” üzrə keçirilmiş auditin nəticələrinə dair Hesabat və Rəylər müzakirə olunaraq təsdiq edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.  
Hesablama Palatasının 2010-cu il üçün İş Planı da həmin Kollegiya iclasında geniş müzakirə olunmuş və müvafiq təkliflər nəzərə alınmaqla təsdiq edilmişdir.