18.01.2010
2010-cu il yanvar ayının 18-də Hesablama Palatasının növbəti Kollegiya iclası Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin bir növü olan analitik təhlillərə həsr edilmişdir “Dövlət Əmək Müfəttişliyində əməyin mühafizəsi və əmək sahəsində normativ-hüquqi aktların tələblərinə əməl olunmasının icrası”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il üçün gəlir və xərclərinin proqnozlaşdırılması və icrası”, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saxlanılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması, maliyyələşdirilməsi və istifadəsinin vəziyyəti”, “Bakı Apellyasiya Məhkəməsinin saxlanılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması, maliyyələşdirilməsi və istifadəsinin vəziyyəti” və “Azərbaycan Respublikasında payız-qış mövsümü dövründə səhiyyə müəssisələrinin istiliklə (daş kömürlə) təmin edilməsi üzrə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi” üzrə Analitik təhlillərin nəticələri müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur.












