07.01.2010

2010-cu il yanvar ayının 7-də Azərbaycan Respublikası Hesablama Palatasının yeni inzibati binasında ilk Kollegiya iclası keçirilmişdir.
İclasda dövlət büdcəsinin Sumqayıt şəhəri üzrə yerli xərclərinin tərtibi, yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarına ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılması və icrasının auditi üzrə Hesabat və Rəy, habelə Cəlilabad, Masallı, Biləsuvar və Yardımlı rayonlarını əhatə edən 10 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlilliyin müəyyən edilməsi prosesinin auditi üzrə Hesabat və Rəy müzakirə olunaraq təsdiq edilmişdir. Kollegiyanın qərarı ilə auditlərin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına məlumatın verilməsi, yoxlanılan qurumlara müvafiq təqdimatların göndərilməsi, habelə 10 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlilliyin müəyyən edilməsi prosesinin auditinin nəticələri üzrə materialların qeyd olunan rayonların hər biri üzrə ayrı-ayrılıqda hüquq-mühafizə orqanlarına göndərilməsi qərara alınmışdır.