29.12.2009

2009-cu il dekabrın 29-da keçirilən Hesablama Palatasının ilin sonuncu Kollegiya iclasında “Bakı Apellyasiya Məhkəməsinin saxlanılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması, maliyyələşdirilməsi və istifadəsi vəziyyətinə dair Analitik təhlil proqramı”, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saxlanılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması, maliyyələşdirilməsi və istifadəsi vəziyyətinə dair Analitik təhlil proqramı”, “Dövlət Əmək Müfəttişliyində əməyin mühafizəsi və əmək sahəsində normativ-hüquqi aktların tələblərinə əməl olunmasının icrasına dair Analitik təhlil proqramı” və “Əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramının icrasına dair Audit proqramı” müzakirə edilərək təsdiq olunmuşdur.