“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu
“Büdcə sistemi haqqında”
Azərbaycan Respublikasının Qanunu
(13 may 2003-cü il tarixli, 452-IIQD nomrəli; 3 dekabr 2004-cü il tarixli, 791-IIQD nömrəli; 5 aprel 2005-ci il tarixli, 876-IIQD nömrəli; 21 oktyabr 2005-ci il tarixli, 1030-IIQD nömrəli; 23 dekabr 2005-ci il tarixli, 36-IIIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 82-IIIQD nömrəli; 28 noyabr 2006-cı il tarixli, 177-IIIQD nömrəli; 30 noyabr 2007-ci il tarixli, 488-IIIQD nömrəli; 28 oktyabr 2008-ci il tarixli, 711-IIIQD nömrəli; 14 aprel 2009-cu il tarixli, 785-IIIQD nömrəli; 19 iyun 2009-cu il tarixli, 834-IIIQD nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə)

(Qanundan çıxarış)
Maddə 20. Dövlət büdcəsinin icrası barədə hesabat
20.5. Azərbaycan Respublikası Hesablama Palatası öz nizamnaməsinə uyğun olaraq dövlət büdcəsinin icrası barədə hesabatlara və müvafiq qanun layihələrinə dair rəy verir.
Maddə 21. Dövlət büdcəsinin icrasına nəzarət
21.1. Dövlət büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Milli Məclisi və onun Hesablama Palatası həyata keçirir.
Maddə 22. Dövlət büdcəsinin və icmal büdcənin auditi
Dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditi qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən aparılır.
Maddə 23. Dövlət büdcəsinə yenidən baxılma və xərclərə sekvestr tətbiq olunması
23.6. Bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrinin tətbiqi ilə bağlı dövlət büdcəsinin icra vəziyyəti barədə Azərbaycan Respublikasının Hesablama Palatasının rəyi olmalıdır.
Maddə 27. Dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondları arasında qarşılıqlı əlaqə
27.5. Büdcədənkənar dövlət fondlarının gəlir və xərclərinə dair hesabat formaları və onların təqdim edilməsi dövriliyi Azərbaycan Respublikası Hesablama Palatasının və büdcədənkənar dövlət fondlarının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Büdcədənkənar dövlət fondları bu hesabatları müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikası Hesablama Palatasına təqdim edirlər və rübdə bir dəfə mətbuatda dərc etdirirlər.
Maddə 29. Naxçıvan Muxtar Respublikasının büdcəsinin tərtibi, təsdiqi, icrası və icrasına nəzarət
29.5. Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Hesablama Palatası və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir.