Hesablama Palatasının Aparat rəhbəri
1945-ci il avqust ayının 7-də İsmayıllı rayonunun Talıstan kəndində anadan olmuşdur.
1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu fakültəsini, 1990-cı ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. İqtisad elmləri namizədidir.
1967-1977-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin İsmayıllı rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsində mühasib, böyük mühasib, təftişçi mühasib, böyük iqtisadçı, plan-maliyyə şöbəsinin müdiri vəzifələrində,
1977-1978-ci illərdə Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq İstehsalat Komitəsinin İsmayıllı rayon İstehsalat Aqrar birliyinin baş direktoru vəzifəsində işləmişdir.
1978-1982-ci illərdə Azərbaycan SSR Kommunist Partiyası İsmayıllı rayon Komitəsinin ikinci katibi,
1982-1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində təlimatçı, inspektor vəzifələrində çalışmışdır.
1985-1990-cı illərdə Sabirabad rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri işləmişdir.
1990-1992-ci illərdə İsmayıllı rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur.
1993-2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində referent işləmişdir.
2003-cü ildən Azərbaycan Respublikası Hesablama Palatasında baş məsləhətçi, sektor müdiri, şöbə müdiri vəzifələrində işləmiş, 13 iyul 2008-ci ildən isə Hesablama Palatası Aparatının rəhbəridir.
“Şərəf nişanı” ordeni və 2 medalla təltif olunmuşdur.
Ailəlidir. Beş övladı var.












