Hesablama Palatasının auditorları

 Cəfər İsmayıl oğlu Həsənov

1950
-ci il iyul ayının 22-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur.

1967-1968
-ci illərdə Zaqafqaziya Komsomol məktəbini, 1975-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun mühəndis-iqtisad  fakültəsini bitirmşdir.

1975-1993
-cü illərdə Bakı şəhər İcraiyyə Komitəsinin “Bakıbaştikinti” Baş idarəsinin müəssisə və təşkilatlarında fəhlə, iş icraçısı, təchizat, plan-iqtisad, komplektləşdirmə şöbələrinin  müdüri, baş mühasib vəzifələrində işləmişdir.

1993
-cü ilin dekabr ayında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Azəraudit” mərkəzində baş müfəttiş-ekspert vəzifəsinə təyin olunmuş, 1996-ci ilin aprel ayından Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor kimi fəaliyyət göstərmişdir. Eyni zamanda Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının üzvü, auditor adı almaq üçün Auditorlar Palatasının  imtahan komissiyasının sədri olmuşdur.

1999-2001
-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Maliyyə şöbəsinin müdüri vəzifəsində işləmişdir.

2001
-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru  təyin edilmişdir.

2008
-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə yeni müddətə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru  təyin edilmişdir.

Ailəlidir. Iki övladı var.


 Alışanova Mehriban Nadir qızı

1963-cü il  fevral ayının 9-da anadan olmuşdur.

1986
-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya Institutunun (Dövlət Neft Akademiyası) iqtisadiyyat fakültəsini bitirmişdir. 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi  dərəcəsini almışdır.

1982-2003
-cü  illərdə Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Şirkətində işləmişdir.

2003-2007
-ci illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Milli Televiziya və Radio Şurasına təyin edilmiş və Sədr müavini vəzifəsində çalışmışdır.

19 oktyabr 2007
-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə  Hesablama Palatasının auditoru  təyin edilmişdir.

Ailəlidir, üç övladı var.



 Vaqif  Muxtar oğlu Həsənov

1963
-cü il may ayının 7-də  Beyləqan rayonunda anadan olmuşdur.

1984
-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. İqtisad elmləri namizədidir.    

1984
-cü ildə “Azərelektromaş” İstehsalat Birliyinin baş mühasibatlığında mühasib işləmiş, 1984-86-cı illərdə hərbi xidmətdə olmuşdur.

1986-1990
-cı illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin “Bakımühəndistikinti” trestində mühasib, böyük iqtisadçı-maliyyəçi, baş mühasib, 1990-1991-ci illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin Nəzarət-Təftiş İdarəsində birinci dərəcəli nəzarətçi-təftişçi vəzifələrində çalışmışdır.

1991-1995
-ci illərdə Bakı şəhər Maliyyə İdarəsində Xalq təsərrüfatının maliyyələşdirilməsi şöbəsinin rəisi,

1995-1997
-ci illərdə Bakı Şəhər Maliyyə İdarəsi rəisinin müavini, 1998-2001-ci illərdə Bakı Şəhər Baş Maliyyə İdarəsinin rəisinin birinci müavini-Xəzinə Əməliyyatları İdarəsinin rəisi vəzifələrində işləmişdir.

2001
-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru  təyin edilmişdir.

2008
-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə yeni müddətə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru  təyin edilmişdir.

Ailəlidir. Üç övladı var.


 Nazim İskəndər oğlu Həsənov

1963
-cü il  dekabr ayının 13-də Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsini bitirmişdir.

1988-1990
-cı illərdə “ÜETLQİ”-də (Təbii qazın nəqlə hazırlanması və emalı üzrə ümumittifaq elmi-tədqiqat və layihə institutu) mühəndis vəzifəsində işləmişdir. 1982-1984-cü illərdə hərbi xidmətdə olmuşdur.

1990-1995
-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində iqtisadçı, baş iqtisadçı, kiçik elmi işçi, elmi işçi olmuşdur.                              

1995-2001
-ci illərdə  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Maliyyə, kredit və pul tədavülü şöbəsinin rəis müavini, rəisi vəsifələrində çalışmışdır.                                    

2001
-ci ilin avqust-dekabr aylarında  Azərbaycan Respublikası Hesablama  Palatasının Ekspertiza-təhlil  şöbəsinin müdiri vəzifəsində işləmişdir.

1996-2000
-cı illərdə müxtəlif ali təhsil müəssisələrində pedoqoji fəaliyyətlə məşğul olmuşdur.

2001
-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru  təyin edilmişdir.

2008
-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə yeni müddətə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru  təyin edilmişdir.

Ailəlidir. İki övladı var.


 Fazil İbrahim oğlu İbrahimov

1970
-ci il avqust ayının 18-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan  olmuşdur.

1993
-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının aqrar-sənaye kompleksinin iqtisadiyyatı və idarə edilməsi fakültəsini bitirmişdir.

1987-1988
-ci illərdə Naxçıvan Tütün fermentasiya zavodunda fəhlə, 1993-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin plan-maliyyə şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləmişdir.

1995-2005
-ci illərdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Gəlirlərin proqnozu şöbəsində aparıcı mütəxəssis, Mühasibat uçotu şöbəsinin rəis müavini,  Büdcə proqnozu  şöbəsində baş mütəxəssis,  şöbə rəisi müavini-Yerli büdcələrin tərtibi və  icmallaşdırılması sektorunun müdiri, Büdcə şöbəsinin rəisi, şöbə rəisinin müavini-Sosial sahələrin maliyyələşdirilməsi sektorunun müdiri vəzifələrində işləmişdir.

21 oktyabr  2005
-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatasının auditoru təyin edilmişdir.

Ailəlidir, bir övladı var.