Hesablama Palatasının sədr müavini

 Adil Məmmədəli oğlu Məhərrəmov 

1952
-ci il fevral ayının 1-də Ağdam rayonunda anadan olmuşdur.

1973
-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik Institutunu bitirmişdir. 

1973-1983
-cü illərdə SSRİ Elektronika Sənayesi Nazirliyinin “Azon” zavodunda mühəndis-konstruktor,  sahə rəisi, sex rəisinin müavini, sex rəisi  işləmişdir.

1983-1986
-cı illərdə SSRİ Neft Sənayesi Nazirliyinin  Dmitrov adına maşınqayırma zavodunda baş mühəndis vəzifəsində çalışmışdır.

1986-2000
-ci illərdə  SSRİ Rabitə Vasitələri  Sənayesi Nazirliynin ( sonradan SSRİ Rabitə Nazirliyi,  Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi) “Ulduz” Elm-İstehsalat Birliyinin baş direktor müavini, baş direktoru işləmişdir.

2000-2001
-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində Nazirin müşaviri olmuşdur.

2001
-ci ilin aprel-dekabr aylarında  Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində  Nazirin müşaviri vəzifəsində çalışmışdır.

2001
-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru  təyin edilmişdir.

2008
-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini təyin edilmişdir.

Ailəlidir. İki övladı var.