Hesablama Palatasının yaranma və inkişaf tarixi
20-ci əsrin son onilliyi Azərbaycan Respublikasında istehsal münasibətlərinin, ölkənin siyasi və iqtisadi əsaslarının dəyişməsi dövrü olmuşdur. Köhnə sovet təsərrüfatçılıq prinsiplərinin dağılması, yeni, daha səmərəli iqtisadi sistemin-bazar iqtisadiyyatının formalaşdırılması və bu əsasda müasir vətəndaş cəmiyyətinin qurulması zərurəti yaranmışdı.
Azərbaycanın tərəqqi yolu ilə müvəffəqiyyətli inkişafı həyat əhəmiyyətli bütün sahələrin, o cümlədən, maliyyə-iqtisadiyyat sahəsində müvafiq dövlət nəzarətinin inkişafı və təkmilləşdirilməsini şərtləndirirdi.
Müstəqillik əldə edildikdən sonra Azərbaycanın sosial-iqtisadi quruluşunda və iqtisadiyyatın idarəedilməsi metodlarında baş verən köklü dəyişikliklər maliyyə-təsərrüfat fəaliyyətinin idarə edilməsinin mühüm aləti olan maliyyə nəzarətinin əsaslı olaraq yeniləşməsini zəruri etmişdi.
Ölkədə əvvəllər mövcud olan maliyyə nəzarəti sistemi dövlət mülkiyyətinin əsas rol oynadığı və inzibati-amirlik metodlarla idarə edilən iqtisadiyyata istiqamətlənmişdi.
İqtisadiyyatın idarə edilməsinin, təsərrüfat fəaliyyətinin, demək olar ki, bütün tərəflərini reqlamentləşdirən inzibati-amirlik sisteminin ləğv edilməsi sovet dövründə təşəkkül tapmış maliyyə nəzarəti sisteminin əsaslarını ciddi dərəcədə sarsıtmışdı. Bu sistem cəmiyyətin tələbatına, sosial-iqtisadi reallıqlara cavab vermirdi və praktikada bir sıra neqativ hallar yaradırdı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, yeni iqtisadi vəziyyətin və dövlət idarəetmə prinsiplərinin dəyişməsinin dövlət maliyyə nəzarəti sisteminin yenidənqurulmasına və təkmilləşdirilin 20-ci əsrin son onilliyi Azərbaycan Respublikasında istehsal münasibətlərinin, ölkənin siyasi və iqtisadi əsaslarının dəyişməsi dövrü olmuşdur. Köhnə sovet təsərrüfatçılıq prinsiplərinin dağılması, yeni, daha səmərəli iqtisadi sistemin-bazar iqtisadiyyatının formalaşdırılması və bu əsasda müasir vətəndaş cəmiyyətinin qurulması zərurəti yaranmışdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, yeni iqtisadi vəziyyətin və dövlət idarəetmə prinsiplərinin dəyişməsinin dövlət maliyyə nəzarəti sisteminin yenidənqurulmasına və təkmilləşdirilməsinə ehtiyac yaratdığını nəzərə alaraq, bazar münasibətlərinə uyğun müvafiq dövlət nəzarəti mexanizminin yaradılması, tətbiq edilməsi və inkişafında mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirtdi.
Prezident tərəfindən imzalanan 17 iyun 1996-cı il tarixli 463 nömrəli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Fərmanda bildirilirdi: “Keçmiş SSRİ dövründən miras qalan dövlət nəzarəti müasir tələblərə cavab vermir və yoxlamalar zamanı vəzifəli şəxslərin öz hüquqlarından sui-istifadə etməsi üçün şərait yaradır, bu isə vətəndaşların haqlı narazılığına səbəb olur. Respublikada yeni iqtisadi münasibətlərin yaranması və inkişafı mülkiyyət formasından və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq istehsal, xidmət və maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarının dəyişdirilməsini və yeni qanunvericiliklə tənzimlənməsini tələb edir”.
Prezident tərəfindən imzalanan 07 yanvar 1999-cu il tarixli 69 nömrəli “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” Fərman dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti addım oldu. Fərman ölkədə maliyyə nəzarətini bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırmağa, maliyyə nəzarətinin ağırlıq mərkəzini dövlət büdcəsi gəlirlərinin formalaşmasına və xərclərin səmərəliliyinin yüksəldilməsinə, maliyyə nəzarətinin korrupsiya alətinə çevirən əngəllərdən azad edilməsinə, sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilməsinə istiqamətləndirdi.
Beləliklə, respublikada baş verən köklü iqtisadi dəyişikliklər prinsipial olaraq yeni, vahid prinsiplərə əsaslanan, iqtisadi həyatın bütün tərəflərini əhatə edən, bütöv bir maliyyə nəzarəti sisteminin qurulması zərurətini yaratmışdı.
Dünya təcrübəsi göstərir ki, bu cür maliyyə nəzarəti sistemi, həm daxili (cəmiyyət qarşısında öz səlahiyyətlərinin səmərəli yerinə yetirilməsi üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilən maliyyə nəzarəti), həm də icra hakimiyyəti orqanlarından asılı olmayan, bir qayda olaraq, qanunvericilik hakimiyyətini həyata keçirən orqana hesabat verən kənar dövlət nəzarətinə əsaslanmalıdır. Dövlət maliyyə resurslarının sərəncamçılarından asılı olmayan, yalnız qanun və cəmiyyət qarşısında məsuliyyət daşıyan kənar dövlət maliyyə nəzarəti ölkədə maliyyə qanunvericiliyinə və intizamına riayət edilməsinin başlıca vasitəsi kimi qəbul edilir.
Buna görə də, büdcə vəsaitlərinin formalaşması və istifadəsinə səmərəli dövlət maliyyə nəzarəti sisteminin tərkib hissəsi olmaqla icra hakimiyyəti orqanından asılı olmayan, qanunvericilik hakimiyyəti orqanına hesabat verən, sərbəst, obyektiv, aşkarlıq, ədalətlilik, qanunçuluq prinsipləri əsasında fəaliyyət göstərən dövlət maliyyə nəzarəti orqanının (Ali Audit Qurumunun) yaradılması və inkişaf etdirilməsi zəruriliyi müstəqil Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etmişdir.
Azərbaycan Respublikası Hesablama Palatasının yaradılması, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən dövlət idarəetmə sisteminin, o cümlədən, dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində əsası qoyularaq həyata keçirilən və hal-hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən davam etdirilən uğurlu siyasətin tərkib hissəsi olmaqla, dünya dövlətlərinin siyasi və iqtisadi həyatında kənar dövlət maliyyə nəzarətini (icra hakimiyyəti qolundan müstəqil olan dövlət maliyyə nəzarətini) həyata keçirən orqanların rolunun güclənməsi ilə əlaqədardır.
Hesablama Palatası, respublika üçün əvvəllər analoqu olmayan, prinsipial olaraq yeni orqandır. Bu orqanın hüquqi statusu Azərbaycan Respublikasının Konstitusiyasından irəli gəlir (92-ci maddə) və 1999-cu ildə qəbul edilmiş “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununda öz əksini tapmışdır. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə 2001-ci ildə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa beynəlxalq standartlara uyğunlaşdırılma istiqamətində mühüm dəyişikliklər və əlavələr edilmişdir.
Hesablama Palatası qanunvericiliklə müəyyən edilmiş hüquqi səlahiyyətlərinə görə Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır. Palata təşkilati və funksional müstəqilliyə malikdir. Mahiyyət etibarı ilə Azərbaycan Respublikasının Hesablama Palatası demokratik orqan olmaqla, öz fəaliyyətini qanunçuluq, sərbəstlik, obyektivlik, kollegiallıq, aşkarlıq və ədalətlilik prinsipləri əsasında qurur, fəaliyyəti barədə Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edir və qanunvericiliklə müəyyən edilmiş vəzifə və funksiyaların yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Hesablama Palatası səlahiyyət müddəti 7 il müəyyən edilmiş sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir. Hesablama Palatasının üzvlərinə dair tələblər, onların təyin olunma qaydaları Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 44-cü maddəsi və “Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında” Qanunun 10-cu maddəsi ilə müəyyənləşdirilir.
Hesablama Palatasının Sədri, Sədr müavini və auditorları Milli Məclisin Sədrinin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunurlar. Palata üzvləri vəzifəyə təyin edildikdə və ya vəzifədən azad edildikdə namizədliklərinə Milli Məclisin İqtisadi siyasət daimi komissiyası baxır və onların barəsində rəy verir. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Hesablama Palatasının üzvləri dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində iş təcrübəsinə malik olan ali təhsilli şəxslər olmalıdır.
Beləliklə, Hesablama Palatası üzvlərinin seçilməsi və təyin edilməsi qanunvericilikdə Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilmişdir. Qanunvericiliyə uyğun olaraq Hesablama Palatasının Sədri, onun müavini və Hesablama Palatasının auditorları səlahiyyət müddəti ərzində onları Hesablama Palatasına vəzifəyə təyin etmiş Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan tutula, həbsə alına, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onlar barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Hesablama Palatasının Sədri, onun müavini və Hesablama Palatasının auditorlarına qarşı cinayət işi yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən qaldırıla bilər.
Dövlət tərəfindən Hesablama Palatasının Sədri, onun müavini və audirtorlarının peşəkar fəaliyyətinin sərbəstliyinə təminat verilir.
Qanunvericiliyə əsasən Hesablama Palatasının fəaliyyətinin təşkilati, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatı Palatanın Sədri tərəfindən rəhbərlik edilən və strukturu, fəaliyyət qaydaları və işçilərin sayı xərclər smetası həddində Hesablama Palatası tərəfindən müəyyən edilən Palatanın Aparatı tərəfindən həyata keçirilir.
Aparatın əsasını müvafiq funksional vəzifələrin yerinə yetirilməsində ixtisaslaşan şöbələr təşkil edir. Şöbələr bilavasitə “Hesablama Palatası haqqında” Qanunla və Hesablama Palatasının Daxili Nizamnaməsi ilə nəzərdə tutulan nəzarət (audit) və ekspert-analitik tədbirləri həyata keçirir. Hesablama Palatası Aparatının işçilərinin vəzifə maaşları və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Aparatının işçilərinin vəzifə maaşlarına və digər təminatlarına bərabərdir.
Hesablama Palatasının Aparatı Palatanın fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır. Bununla əlaqədar əməkdaşların peşə səviyyəsinə yüksək tələblər müəyyən edilmişdir.
Qanunvericiliyə əsasən Hesablama Palatasının fəaliyyətinə qanuna zidd müdaxilə etmək yolverilməzdir. Hesablama Palatasının sədrinin, sədr müavininin və auditorlarının, habelə Hesablama Palatası Aparatının vəzifəli şəxslərinin xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar onlara mane olmaq, təzyiq göstərmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
1999-cu ilin 2 iyul tarixində qəbul olunmuş “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu və ona sonrakı illərdə edilmiş dəyişikliklərə və əlavələrə əsasən Palata dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə rəy verir; dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirir; dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy verir; dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil edir, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır və Milli Məclisə təqdim edir; dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirir; Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının tapşırığı ilə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları (təsisatları) ilə bağlı qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizasını keçirir; dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edir və Milli Məclisə məlumat verir; dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) vəsaitlərinin bank hesablarında hərəkəti barədə Azərbaycan Respublikasının Milli Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar alır, təhlil edir və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verir; aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquq pozuntuları barədə məlumatları Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; digər dövlət nəzarət orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir; dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o cümlədən, büdcədənkənar dövlət fondlarının auditini qanunvericiliyə uyğun olaraq aparır.
Bu funksiyaların həyata keçirilməsi ilə əlaqədar, Hesablama Palatasının fəaliyyət dairəsinə dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi aid edilmişdir.
Göstərilən funksiyalar Hesablama Palatası tərəfindən maliyyə-büdcə nəzarətinin istiqamətləri çərçivəsində (ekspert-analitik fəaliyyəti, büdcə prosesində iştirak, maliyyə-büdcə ekspertizası və s.) aparılan audit vasitəsilə həyata keçirilir.
Azərbaycan Respublikasının bütün qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, mülkiyyət, təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr, təşkilatlar, idarələr və onların vəzifəli şəxsləri Hesablama Palatasının müraciətləri əsasında bu Qanunla nəzərdə tutulmuş səlahiyyətlərinin yerinə yetirilməsi üçün ona zəruri olan məlumatları verməlidirlər. Hesablama Palatasının rəsmi tələbi ilə göstərilən orqanların, müəssisələrin, təşkilat və idarələrin vəzifəli şəxsləri zəruri olan məlumat, yaxud sənədləri vaxtında təqdim etməmələrinə və ya bundan boyun qaçırmalarına, habelə yalan və ya dürüst olmayan məlumat təqdim etmələrinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Beləliklə, Hesablama Palatasının hüquqi statusu Azərbaycan Respublikasının Konstitusiyasından, “Hesablama Palatası haqqında” Qanundan (Hesablama Palatası haqqında digər qanunvericilik aktlarından) irəli gələn hüquq normalarının məcmusu olmaqla dövlət hakimiyyəti orqanları sistemində onun vəziyyətini (mövqeyini) xarakterizə edir. Bu normaların bir hissəsi dövlət büdcə-maliyyə nəzarəti orqanı kimi onun məqsədləri, prinsipləri, vəzifə (funksiya) və fəaliyyətini konkretləşdirən normalardan, digər hissəsi Hesablama Palatasının əsas fəaliyyət dairəsini və konkret səlahiyyətlərini müəyyən edən normalardan ibarətdir. Hesablama Palatasının statusunun xüsusi (müstəqil) elementini isə onun fəaliyyətinin daxili qaydalarına aid müddəalar, normalar təşkil edir ki, bu normalar da 5 mart 2002-ci ildə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilən Hesablama Palatasının Daxili Nizamnaməsində öz əksini tapmışdır.
Hesablama Palatasının Daxili Nizamnaməsi onun fəaliyyətinin təşkili, tənzimlənməsi və həyata keçirilməsinin, habelə nəzarət tədbirlərinin aparılmasının qanunla müəyyənləşdirilmiş çərçivə qaydalarını müəyyənləşdirir.
Azərbaycan Respublikasının Hesablama Palatası 2001-ci ilin dekabr ayında qanunvericiliyə uyğun olaraq Milli Məclis tərəfindən Hesablama Palatası üzvlərinin (Sədr, Sədr müavini və dörd Auditorun) təyin edilməsi ilə fəaliyyətə başlamışdır.
Hesablama Palatası fəaliyyətə başladığı ilk dövrlərdən etibarən Palatanın işinin qurulması mərhələsində informasiya-metodoloji bazanın yaradılması, dövlət maliyyə nəzarətinin həyata keçirilməsi və səlahiyyətlərinə aid digər sahələrdə beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirmişdir. Hesablama Palatasının praktiki fəaliyyətə başlaması üçün mühüm əhəmiyyət kəsb edən metodoloji bazanın yaradılması, bir sıra normativ-metodiki sənədlərin, standartların, məlumat və hesabat formalarının hazırlanması, həmin sənədlərin tətbiqi istiqamətlərində müvafiq işlər görülmüşdür.
Fəaliyyətə başladığı ilk dövrlərdə Palata dövlət maliyyə-büdcə nəzarətini həyata keçirmək üçün dövlət orqanları və təşkilatlarla ilkin əlaqələr qurmuş, Ali Audit Qurumlarının beynəlxalq və regional təşkilatlarına üzv olmuş, bir sıra ölkələrin müvafiq orqanları ilə ikitərəfli əməkdaşlıq sahəsində kompleks işlər həyata keçirmişdir.
Palata 2002-ci ildə ayrı-ayrı ölkələrin Ali Audit Qurumlarını birləşdirən beynəlxalq təşkilatlara - INTOSAI (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı), EUROSAI (Ali Audit Qurumlarının Avropa Təşkilatı), ASOSAI (Ali Audit Qurumlarının Asiya Təşkilatı),
1) ECOSAI-a (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Ali Audit Qurumlarının Təşkilatı) üzv qəbul edilmişdir. 2002-ci ilin oktyabr ayında Rusiya Federasiyası Hesablama Palatası ilə, 2003-cü ilin yanvar ayında Gürcüstan Nəzarət Palatası ilə, 2004-cü ilin may ayında Böyük Britaniyanın Milli Audit Ofisi ilə, 2005-ci ilin aprel ayında Bakıda ECOSAI -nin X toplantısının gedişində Türkiyə Cümhuriyyətinin, Pakistan İslam Respublikasının, İran İslam Respublikasının Ali Maliyyə Nəzarəti Orqanları (AMNO) ilə, 2006-cı ilin mart ayında Küveyt Dövlətinin Audit Bürosu ilə, 2006-cı ilin may ayında Ukrayna Hesablama Palatası ilə, 2006-cı ilin iyul ayında
2) Qazaxıstan Respublikası Respublika Büdcəsinin İcrasına Nəzarət üzrə Hesablama Komitəsi ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında ikitərəfli əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Bununla yanaşı,
3) Çexiyanın Ali Audit Ofisi,
4) Estoniyanın Milli Audit Ofisi, Moskva şəhərinin Nəzarət-Hesablama Palatası ilə peşəkar əlaqələr qurulmuşdur. Hal-hazırda Avropa və Asiyanın bir sıra digər ölkələrinin müvafiq qurumları ilə əməkdaşlıq imkanları da nəzərdən keçirilir.
İmzalanmış ikitərəfli əməkdaşlıq Sazişləri kənar (ali) dövlət maliyyə nəzarəti tədbirlərinin hazırlanması və keçirilməsi, auditor kadrlarının peşəkar hazırlığı və ixtisasının artırılması, birgə audit tədbirlərinin, tədqiqatların, seminar, konfrans və işçi görüşlərin həyata keçirilməsi, müvafiq informasiya və arayışların mübadiləsi və s. üzrə təcrübə mübadiləsi, xüsusilə ölkələr arasında ticarət-iqtisadi əlaqələrin güclənməsi zəminində birgə-paralel yoxlamaların aparılmasını nəzərdə tutur.
Sonrakı illərdə Palata öz fəaliyyətini daha çox işlərin səmərəli təşkil edilməsinə, Palatanın strukturunun təkmilləşdirilməsi və yeni strukturunun formalaşdırılmasına, daha dolğun və əsaslandırılmış İş planlarının tərtibi, icrası və analitik təhlillərin aparılması üçün məlumat və hesabatların əldə olunmasına, təhlil işlərinin keyfiyyətlə aparılmasının təmin edilməsi üçün yeni məlumat və hesabat formalarının tərtib olunmasına və zəruri məlumat bazasının formalaşdırılmasına, normativ-hüquqi və məlumat-metodoloji bazanın təkmilləşdirilməsi və inkişafına, o cümlədən, beynəlxalq audit standartlarına uyğun milli standartların, habelə digər normativ-metodiki sənədlərin hazırlanması və tətbiq edilməsinə, qanunvericiliklə müəyyən edilmiş funksiyaların icrasının keyfiyyətlə və mütəşəkkil təmin edilməsi üçün təşkilati məsələlərin həllinə, o cümlədən, digər mərkəzi icra orqanları ilə işgüzar əlaqələrin qurulmasına, beynəlxalq əlaqələrin genişləndirilməsinə, peşəkar və səriştəli kadr potensialının yaradılması və gücləndirilməsinə, yüksək intellektli kadrların cəlb edilməsinə yönəltmişdir. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa, Hesablama Palatasının Daxili Nizamnaməsinə və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, büdcə prosesində daha aktiv iştirak etmək və bu prosesin əsas iştirakçıları olan dövlət orqanları ilə münasibətləri daha çevik tənzimləmək üçün yeni təşkilati idarəetmə strukturu formalaşdırılmışdır. İdarəetmə işlərini daha mütəşəkkil təşkil etmək və reqlamentləşdirmək üçün bir sıra normativ sənədlər hazırlanmış və təsdiq edilmişdir.
Palatanın Iş planlarının tərtibi və icrası “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Hesablama Palatasının Daxili Nizamnaməsi ilə müəyyən edilmiş funksiya və vəzifələrin daha dolğun və səmərəli yerinə yetirilməsi məqsədini daşıyır, dövlət vəsaitlərinin mədaxili və onlardan istifadə üzərində zəruri nəzarət mexanizminin yaradılması üçün müxtəlif istiqamətli audit və analitik təhlil işlərini nəzərdə tutur. Tərtib edilən İş planlarında ənənəvi olaraq Palatanın funksional fəaliyyəti üzrə rəy və məlumatların hazırlanması, normativ-metodiki və hüquqi təminat üzrə məsələlərin həlli nəzərdə tutulur, Palatanın beynəlxalq fəaliyyət və maddi-texniki təminat məsələləri də İş planına daxil edilir.
Palatanın apardığı nəzarət tədbirlərində əsas diqqət, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının gəlirləri üzrə dövlət və qeyri-dövlət müəssisələrində, həmçinin, İri dövlət vergi ödəyicilərində gəlirlərin qanunvericiliyin tələblərinə uyğun formalaşdırılması və icrası vəziyyətinin araşdırılmasına, gəlirlərin toplanılması ilə məşğul olan orqanlarda vergi qanunvericiliyinə əməl olunmasına daxili nəzarətin təşkilinin qiymətləndirilməsinə, xərcləri üzrə isə dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının xərclərinin planlaşdırılması, maliyyələşdirilməsi və təyinatı üzrə səmərəli istifadəsi, investisiya, sosial infrastruktur, o cümlədən, elm, təhsil, səhiyyə, mədəniyyət xərcləri üzrə Dövlət proqramlarının icra vəziyyəti və s. kimi məsələlərin təhlilinə, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təqdim edilən layihələrə daha dolğun rəy və təkliflərin hazırlanmasına, müvafiq orqanların tərtib etdikləri məqsədli proqramların əsaslılığının qiymətləndirilməsinə, Palatanın məlumat bazasının daha da zənginləşdirilməsinə və s. məqsədlərə istiqamətləndirilmişdir.
Hesablama Palatasının fəaliyyətinin mövcud qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinə uyğun təşkil edilməsi və aparılması üçün Palatanın metodoloji təminat məsələsinə son illərdə xüsusi diqqət yetirilmişdir. “Azərbaycan Respublikası Hesablama Palatasında kargüzarlığın aparılmasına dair Qaydalar”, “Azərbaycan Respublikası Hesablama Palatasında vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlıq işlərinin aparılması və Palatada vətəndaşların qəbulu Qaydalar”ı, “Azərbaycan Respublikası Hesablama Palatasının dövlət qulluqçularının etik davranış qaydaları” və “Azərbaycan Respublikası Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa, Lima bəyanaməsinə və Audit Standartları Komitəsi tərəfindən təsdiq edilmiş Etika Məcəlləsinə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikası Hesablama Palatasının üzvlərinə dair Etik Qaydalar”, “Azərbaycan Respublikası Hesablama Palatasının normativ-metodiki sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi Qaydaları”, “Hesablama Palatasının işinin planlaşdırılması Qaydaları”, “Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclaslarının iş Qaydaları” təsdiq edilmişdir. Beynəlxalq audit standartlarına uyğun olaraq iki Milli audit standartları (dövlət sektorunun auditi üzrə)-“Audit sübutları” audit standartı (HP-AS № 10/142) və “Analitik prosedurlar” audit standartı (HP-AS № 12/144) Hesablama Palatasının İclasının qərarı ilə təsdiq olunmuş, “Ekspertin işindən istifadə” və “Audit seçməsi” audit standartlarının layihələri hazırlanmışdır.
Hesablama Palatasının rəhbərliyi tərəfindən kollektivin səriştəli kadrlar hesabına formalaşdırılmasına, onların seçilib yerləşdirilməsi və ixtisas səviyyəsinin daimi artırılmasına ciddi tələblər müəyyən edilmişdir. Kadrların peşəkar səviyyəsinin yüksək olmasına, mövcud qanunvericiliyin tələblərinə, daxili nizam-intizam və etik qaydalara riayət edilməsinə, Palata Aparatının yüksək ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsinə son illərdə xüsusi diqqət yetirilmişdir və bu iş davam etdirilir.
Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış müvafiq Saziş (CAPSAP) çərçivəsində “Hesablama Palatasının Strateji İnkişaf Planının hazırlanması” layihəsinin subkomponentinin icrası məqsədi ilə 2007-ci ildə Hesablama Palatasında Strateji İnkişaf Planının hazırlanması üzrə Koordinasiya qrupu yaradılmışdır. CAPSAP layihəsi çərçivəsində Palataya qrant şəklində ayrılması nəzərdə tutulan vəsait hesabına həyata keçiriləcək Strateji İnkişaf Planı 2008-2010-cu illərdə Palatada institusional potensialın və təkmilləşdirilmiş qanunvericilik çərçivəsinin yaradılmasına, milli audit standartlarının hazırlanmasına, fəaliyyət qabiliyyətinin gücləndirilməsinə, zəruri təlimlərin və seminarların təşkil edilməsinə, tvinninq əlaqələrinin yaradılmasına və inkişaf etmiş ölkələrin Ali Audit Qurumları ilə təcrübə mübadiləsinin aparılmasına, keyfiyyətli kənar maliyyə auditinin təşkil edilməsinə imkan verəcəkdir.
Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən digər dövlət orqanları ilə qarşılıqlı işgüzar əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi üçün bir sıra dövlət orqanları ilə ayrı-ayrılıqda Razılaşma Memorandumu imzalanmışdır.
Dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin gəlir və xərclərinin icrasına dövlət və ictimai nəzarətin gücləndirilməsi, məlumat bazasının genişləndirilməsi, məlumatların əldə olunmasında operativliyin təmin olunması və alternativ informasiya mənbəyinin yaradılması məqsədi ilə 2007-ci ilin avqust ayında “Azərbaycan Respublikası Hesablama Palatası ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi arasında qarşılıqlı əməkdaşlıq qaydaları barədə Razılaşma” sənədi imzalanmışdır.
Dövlətin maliyyə-iqtisadi maraqlarının təmin edilməsi, o cümlədən dövlət vəsaitlərinin idarə və istifadə olunması sahəsində qanunvericiliyin və maliyyə intizamının qorunması məqsədi ilə öz səlahiyyətləri daxilində funksiya və vəzifələrinin daha operativ və səmərəli icra edilməsi üçün 2008-ci ildə, “Azərbaycan Respublikası Hesablama Palatası ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq barədə Razılaşma Memorandumu”, dövlət büdcəsinin gəlirlərinə dövlət və ictimai nəzarətin rolunun gücləndirilməsi məqsədi ilə dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə yığılması təmin edilən vergilərin və digər dövlət gəlirlərinin hesablanmasını və ödənilməsini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi zamanı qarşılıqlı fəaliyyət göstərmək üçün “Azərbaycan Respublikası Hesablama Palatası ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq qaydaları barədə Razılaşma” sənədi, dövlətin maliyyə-iqtisadi maraqlarının təmin edilməsi, o cümlədən dövlət aktivləri və əmlakının idarə və istifadə olunması sahəsində qanunvericiliyin və maliyyə intizamının qorunması məqsədi ilə öz səlahiyyətləri daxilində vəzifə və funksiyalarını daha operativ və səmərəli icra etmək üçün “Azərbaycan Respublikası Hesablama Palatası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında qarşılıqlı əməkdaşlıq haqqında Razılaşma Memorandumu”, 23 fevral 2009-cu il tarixdə "Azərbaycan Respublikasının Hesablama Palatası ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu arasında qarşılıqlı əməkdaşlıq barədə Razılaşma Memorandumu" imzalanmışdır. Razılaşma Memorandumu iki dövlət orqanının vəzifə və funksialarının daha operativ və səmərəli icra edilməsi üçün qarşılıqlı əlaqəli əməkdaşlığın qurulmasına və genişləndirilməsinə xidmət edəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”da nəzərdə tutulmuş tədbirlərin icrası olaraq, 2007-ci ildə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Hesablama Palatasında görüləcək işlər barədə Tədbirlər Planı (2007-2011-ci illər)” təsdiq edilmişdir.
Hesablama Palatası dövlət maliyyə nəzarətini həyata keçirən ali audit qurumlarını birləşdirən beynəlxalq təşkilatlarla (INTOSAI, EUROSAI, ASOSAI, ECOSAI) əlaqələrin daha da möhkəmləndirməsi istiqamətində, habelə bir sıra ölkələrin ali maliyyə nəzarəti orqanları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahələrində kompleks işləri davam etdirməkdədir.
Belə ki, Palatanın əməkdaşları INTOSAI (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı), EUROSAI (Ali Audit Qurumlarının Avropa Təşkilatı) və ASOSAI-nin (Ali Audit Qurumlarının Asiya Təşkilatı) bir sıra peşəkar komitə və işçi qrupları tərəfindən hazırlanmış Beynəlxalq Peşəkar Audit Standartlarının və digər normativ sənədlərin layihələrinin (məsələn, “Ali Audit Qurumlarının müstəqilliyi haqqında Meksika Bəyannaməsi”, “Uyğunluq auditi üzrə təlimatlar” və s.) ekspertizasında, Ali Audit Qurumlarının beynəlxalq və regional təşkilatları, bu təşkilatların xüsusi işçi qrupları, həmçinin, ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində ayrı-ayrı ölkələrin ali maliyyə nəzarəti orqanları tərəfindən təşkil edilən tədris kursları, konfrans, seminar, birgə-paralel yoxlamalar və digər tədbirlərdə mütəmadi olaraq iştirak edirlər.
Hesablama Palatasının fəaliyyətində mühüm prinsiplərdən biri aşkarlıqdır. Hesablama Palatası öz fəaliyyəti barədə müntəzəm olaraq kütləvi informasiya vasitələrinə məlumat verir. Palatanın fəaliyyəti barədə hesabatlar Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir və «Azərbaycan Respublikası Milli Məclisinin Məlumatı»nda dərc olunur.
Palataya ayrı-ayrı informasiya agentlikləri və mətbuat orqanlarından informasiya sorğuları daxil olur və müvafiq surətdə ətraflı cavablandırılır.
Hesablama Palatasının fəaliyyəti barədə informasiyanın verilməsində operativliyin təmin edilməsi üçün məlumatlar daha çox Palatanın rəsmi WEB-saytında yerləşdirilmişdir. WEB-saytın işinin gücləndirilməsi və Palata haqqında daha dolğun məlumatların çevik surətdə verilməsi üçün zəruri mütəmadi tədbirlər həyata keçirilir.
Fəaliyyət dövründə Palatanın informasiya-kommunikasiya təminatına da xüsusi diqqət yetirilmişdir. Son illərdə İnformasiya-kommunikasiya təminatının əsas istiqamətlərini nəzarət (audit) və ekspert-analitik tədbirlərin məlumat bazası ilə təmin və müşayiət edilməsi təşkil etmişdir. Palatanın lokal kompüter şəbəkəsinin iş qabiliyyətinin saxlanılması, ona yeni iş stansiyalarının qoşulması və idarəetmə sisteminin proqram təminatı bütövlüklə yeniləşmiş; Palatanın yeni strukturuna uyğunlaşdırılmış müasir vahid domen strukturu yaradılmış; ən çox istifadəçisi olan sistemə nəzarətin həyata keçirilməsi məqsədilə iş stansiyalarında hər bir şəbəkə istifadəçisinin qeydiyyat uçotunun (şəxsi profayl və parolun) yenidən aparılması və şəbəkə resurslarına çıxışı təmin edilmiş; şəbəkə daxilində məlumatların mübadiləsi, Palatanın elektron poçt vasitəsilə yazışmaların aparılması üçün internetə çıxışı, həmçinin, şəbəkənin icazəsiz girişlərdən, spam və xarici (kənar) hücumlardan müdafiə edilməsi təmin olunmuşdur. Bununla yanaşı, Palatanın fəaliyyətində istifadə edilən zəruri proqram təminatının yüklənməsi (installyasiyası), sazlanması və sonrakı müşayiəti (şəbəkə proqramları, poçt serverinin sazlanması, antivirus proqramlarının yenilənməsi və s. də daxil olmaqla) ilə bağlı işlər davam etdirilir. Bütün bunlar da nəzarət və ekspert-analitik fəaliyyətin təmin edilməsi üçün etibarlı məlumat bazasının formalaşdırılmasına, mövcud bazanın mühafizəsi, genişləndirilməsi və təkmilləşdirilməsinə, Palata əməkdaşları tərəfindən zəruri və dolğun məlumatların daha çevik əldə olunmasına imkan yaratmışdır.
2008-ci ilin 1 aprel tarixində “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər və əlavələr Palatanın dövlət maliyyə nəzarəti sistemində rolunun gücləndirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Palataya funksiyalarının yerinə yetirilməsi, habelə maliyyə pozuntuları ilə mübarizədə daha çox real hüquqlar verilərək Palatanın icra səlahiyyətləri genişləndirilmişdir. Dəyişikliklər və əlavələrə uyğun olaraq Hesablama Palatasına maliyyə nəzarət tədbirlərinin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq dövlət orqanlarına, maliyyə nəzarəti tədbiri aparılan təşkilatların və nəzarətin predmeti ilə əlaqədar digər idarə və müəssisələrin rəhbərlərinə təqdimatlar göndərmək səlahiyyəti verilmişdir. Təqdimatlara 1 ay müddətində baxılmalı, qəbul edilmiş qərarlar və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməlidir. Qanuna edilmiş dəyişikliklər və əlavələrə uyğun olaraq Hesablama Palatasının təqdimatları müvafiq dövlət orqanı, idarə, təşkilat və müəssisə tərəfindən əsassız icra edilmədikdə, Hesablama Palatası sədrinin qərarı ilə həmin dövlət orqanı, idarə, təşkilat və müəssisənin xəzinə və bank hesabları üzrə qanunvericilikdə nəzərdə tutulmuş müdafiə olunan xərc maddələri istisna olunmaqla, əməliyyatların dayandırılması barədə təqdimatlar verilir. Hesablama Palatası sədrinin müvafiq təqdimatlarının icra edilməməsinə görə xəzinə orqanları və müvəkkil banklar qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Qanuna edilmiş dəyişikliklər və əlavələrə uyğun olaraq Palata üzvlərinin və aparat əməkdaşlarının statusu da artırılmış, yerli orqanlarının yaradılması təsbit edilmişdir ki, bu da Hesablama Palatasının işinin səmərəliliyini daha da artıracaq və fəaliyyətində mühüm keyfiyyət dəyişiklikləri yaradacaqdır.
Hesablama Palatası Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənablarının həyata keçirdiyi ardıcıl, məqsədyönlü və çevik iqtisadi siyasətin uğurlarına öz layiqli töhfəsinin verilməsi, ali qanunverici orqan kimi Azərbaycan Respublikası Milli Məclisinin, onun rəhbərliyinin və daimi komissiyalarının tövsiyələrinin, müraciət və sorğularının mütəmadi və keyfiyyətlə yerinə yetirilməsi, cari fəaliyyətinin daha səmərəli təşkil edilməsi, qanunvericiliklə müəyyən edilmiş funksiyalarının icrasının mütəşəkkil təmin edilməsi və Azərbaycan Respublikasında dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir.