Hesablama Palatasının Kollegiyası

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I


№ 283-III

Bakı şəhəri
29 yanvar 2009-cu il

Azərbaycan Respublikası Hesablama Palatası kollegiyasının üzvlərinin sayının və tərkibinin təsdiq edilməsi haqqında

«Hesablama Palatası haqqında» Azərbaycan Respublikası Qanununun 5-1-ci maddəsinə əsasən qərara alıram:
1. Azərbaycan Respublikası Hesablama Palatasının kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri

Heydər Xanış oğlu Əsədov- Azərbaycan Respublikası Hesablama Palatasının sədri

Kollegiyanın üzvləri:

Adil Məmmədəli oğlu Məhərrəmov - 
Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini
Cəfər İsmayıl oğlu Həsənov-
Azərbaycan Respublikası Hesablama Palatasının auditoru
Nazim İsgəndər oğlu Həsənov-
Azərbaycan Respublikası Hesablama Palatasının auditoru
Vaqif Muxtar oğlu Həsənov-
Azərbaycan Respublikası Hesablama Palatasının auditoru
Fazil İbrahim oğlu İbrahimov-
Azərbaycan Respublikası Hesablama Palatasının auditoru
Mehriban Nadir qızı Əlişanova-
Azərbaycan Respublikası Hesablama Palatasının auditoru
Məhəmmədəli Bilal oğlu Süleymanov-
Azərbaycan Respublikası Hesablama Palatasının Aparat rəhbəri
Seyfəddin Talıb oğlu Talıbov-
Azərbaycan Respublikası Hesablama Palatasının Aparatının İcmal-analitik təhlil şöbəsinin müdiri
Firsənd Əliheydər oğlu Qurbanov-
Azərbaycan Respublikası Hesablama Palatasının Aparatının Təhsil, elm, səhiyyə və mədəniyyət xərclərinə nəzarət şöbəsinin müdiri
Vüqar Tapdıq oğlu Gülməmmədov-
Azərbaycan Respublikası Hesablama Palatasının Aparatının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri


2.
Bu Sərəncam 2009-cu il yanvarın 29-dan qüvvəyə minir.

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Oqtay Əsədov