Hesablama Palatasının sədri

                                        
                                              Heydər Xanış oğlu Əsədov



1959
-cu il oktyabr ayının 24-də anadan olmuşdur.

1978
-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini bitirmişdir.

1983
-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirmişdir.

1978-1984
-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışmışdır.

1983-1992
-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləmişdir.

1987
-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.

1992-1995
-ci illərdə Türkiyə Respublikasının Mərmərə Universitetinin doktorantı olmuşdur.

1995
-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini  təyin edilmişdir.

1996-2007
-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifələrində işləmişdir.

17 Aprel 2007
-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatasının Sədri vəzifəsinə təyin edilmişdir.

3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

Ailəlidir. Üç övladı var.